Bu gün Rusiyada futbol üzrə dünya çempionatı başlayır

bu gun rusiyada futbol uzre dunya cempionati baslayir

Bu gün dördilliyin ən böyük futbol yarışı start götürəcək.

 

Apasport.az saytının məlumatına görə, Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq.

 

Oyundan əvvəl ilə mundialın rəsmi açılışı olacaq.

 

A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir. Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalar yoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq. Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədir. Bunun üçün ərəblər meydan sahiblərinin “siftə”sini korlamalı olacaqlar.

 

Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunda ədaləti Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.

 

DÇ-2018

 

I tur

 

A qrupu

 

19:00. Rusiya – Səudiyyə Ərəbistanı

 

Baş hakim: Nestor Pitana (Braziliya)

 

Rusiya, Moskva. “Lujniki” stadionu

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267