Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna yekun vurulub - NƏTİCƏLƏR

cempionlar liqasinda qrup merhelesinin ilk turuna yekun vurulub neticeler

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropanın daha 16 güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayıb.

 

Bu gün E, F, G və H qruplarındakı komandalar meydana çıxıblar.

 

İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başladığından qrup mərhələsi eyni anda 8 stadionda start götürüb.

 

İkinci oyun günündə baş tutan “Liverpul”la “Sevilya”, “Tottenhem”lə “Borussiya” arasında görüşlər azarkeşlər tərəfindən maraqla gözlənilirdi. Hər iki oyunda 4 qol vurulsa da, nəticələr fərqli olub. Mersisaydlılar doğma meydanda ispanların müqavimətini qıra bilməyiblər - 2:2.

 

Londonda isə meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

 

Azərbaycanda da yetərincə azarkeşi olan Türkiyənin buradakı yeganə təmsilçisi “Beşiktaş” da turun ikinci günü meydana çıxıb. İstanbul klubu Portuqaliyada “Porto”nun qonağı olub. Səfərdə oynamasına baxmayaraq, inamlı təsir bağışlayan Şenol Güneşin yetirmələri 3:1-i bayram ediblər.

 

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

13 sentyabr

 

E qrupu

“Maribor” (Sloveniya) – “Spartak” (Rusiya) - 1:1

Qollar: Bohar, 85 - Səmədov, 59

 

“Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) - 2:2

Qollar: Firmino, 21, Salah, 37 - Ben Yedder, 5, Korrea,72

 

1.

Liverpul

1

0

1

0

2:2

1

2.

Sevilya

1

0

1

0

2:2

1

3.

Spartak

1

0

1

0

1:1

1

4.

Maribor

1

0

1

0

1:1

1

 

 

 

F qrupu

“Feyenord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) - 0:4

Qollar: Con Stons, 2, 63, Aquero, 10, Qabriel, Jesus, 25

 

“Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya) - 2:1

Qollar: Tayson, 15, Ferreyra, 58 - Milik, 72 (pen.)

 

1.

Mançester Siti

1

1

0

0

4:0

3

2.

Şaxtyor

1

1

0

0

2:1

3

3.

Napoli

1

0

0

1

1:2

0

4.

Feyenord

1

0

0

1

0:4

0

 

G qrupu

“Leypsiq” (Almaniya) – “Monako” (Fransa) - 1:1

Qollar: Forsberq, 33 - Tilemans, 34

 

“Porto” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) - 1:3

Qollar: Tosiç, 21 (öz qapısına) - Taliska, 13, Cenk Tosun, 28, Babel, 88

 

1.

Beşiktaş

1

1

0

0

3:1

3

2.

Monako

1

0

1

0

1:1

1

3.

Leypziq

1

0

1

0

1:1

1

4.

Porto

1

0

0

1

1:3

0

 

H qrupu

“Real” (İspaniya) – APOEL (Kipr) - 3:0

Qollar: Ronaldo, 12, 51 (pen.), Ramos, 61

 

“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1

Qol: Son, 4, Keyn, 16, 60 - Yarmolenko, 11

 

1.

Real Madrid

1

1

0

0

3:0

3

2.

Tottenhem

1

1

0

0

3:1

3

3.

Borussiya

1

0

0

1

1:3

0

4.

APOEL

1

0

0

1

0:3

0

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267