Dmitri Nazarov: “Bir-birimizi gözüyumulu başa düşürük”

dmitri nazarov bir birimizi gozuyumulu basa dusuruk

“Komandamızın hücum xəttinin cari mövsümə inamlı başlaması təsadüf deyil”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib.

 

27 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi “Aue” klubu Almaniyanın II Bundesliqasında növbəti görüşünü bu gün keçirəcək. Aue şəhərinin eyniadlı təmsilçisi VIII tur çərçivəsində “Sandhauzen”i qəbul edəcək.

 

Komandanın Sören Bertram, Paskal Köpke və Dmitri Nazarovdan ibarət hücum triosu cari mövsümdə pis təsir bağışlamır. Bertram 3 qol vurduğu halda, Köpke və Nazarov hərəyə 2 dəfə rəqib qapısına yol tapıb.

 

Almaniya mətbuatına açıqlama verən Nazarov qarşıdakı matçlarda da məhsuldar oyun sərgiləməyə çalışacaqlarını bildirib: “Biz qolları təsadüfi şəkildə vurmuruq. Bir-birimizi gözüyumulu başa düşürük. Hansı məqamda necə davranacağımız məlumdu. Hücum xəttində digər 2 futbolçunun necə davranacağını, boş zonaya nə vaxt açılacağını, hansı sürətlə qaçacağını hər birimiz bilirik. Meydandakı anlaşmamız əladı. Birgə oynamağımız bizi şənləndirir. “Sandhauzen”lə görüşdə də qollarımızı davam etdirməyə çalışacağıq”.

 

“Aue” – “Sandhauzen” matçı Bakı vaxtı ilə 20:30-da start götürəcək.

 

Qeyd edək ki, Nazarovun komandası 7 oyundan sonra 10 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267