Milli komandamız yenə qələbə qazana bilməyib

milli komandamiz yene qelebe qazana bilmeyib

FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnirdə II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2-ci sınağına çıxıb.

 

Komandamızın Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan ənənəvi beynəlxalq yarışdakı rəqibi Qazaxıstan olub. İlk turda “basketbol ölkəsi” olan Litvaya 1:2 hesabı ilə uduzan Təbriz Həsənovun yetirmələri 1-8-ci yerlər uğrunda mübarizəni davam etdirmək üçün mütləq xal əldə etməli idi.

 

Qarşılaşmada hesabı Qazaxıstan açsa da, fasilə ərəfəsində Rafael Məhərrəmli bərabərlik qolunu vurub. İkinci hissənin əvvəlində rəqib yenidən önə keçib. Buna baxmayaraq, sona 8 dəqiqə qalmış bu dəfə Fərid Nəbiyev səhnəyə çıxıb və yığmamıza 1 xalı qazandıran qola imza atıb - 2:2.

 

FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

II tur, C qrupu


Qazaxıstan – Azərbaycan - 2:2

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:29 21 Fevral
16:28 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • polad bulbuloglu azerbaycan prezidentinin fexri diplomunu mdhiu nun rektoruna teqdim edib
    Polad Bülbüloğlu Azərbaycan prezidentinin fəxri diplomunu MD...
  • xocali soyqiriminin 25 ci ildonumu ile bagli braziliyada tedbir kecirilib
    Xocalı soyqırımının 25-ci ildonümü ilə bağlı Braziliyada təd...
xocali soyqiriminin 25 ci ildonumu ile bagli braziliyada tedbir kecirilib xocali soyqiriminin 25 ci ildonumu ile bagli braziliyada tedbir kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2017

USD
1.7352
 
EUR
1.8361
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ