"Qalatasaray" klubuna yeni prezident seçilib

qalatasaray klubuna yeni prezident secilib

Bu gün Türkiyənin "Qalatasaray" idman klubunda növbədənkənar prezident seçkiləri keçirilib.

 

APA-nın xəbərinə görə, seçkidə klubun hazırkı prezidenti Dursun Özbək və onun yeganə rəqibi Mustafa Cengiz mübarizə aparıb.

 

Seçkinin nəticələri gözlənilməz olub və klub rəhbərliyini şoka salıb. Belə ki, Mustafa Cengiz 1703 səs alaraq "Qalatasaray" klubunun 37-ci prezidenti seçilib. Dursun Özbək isə 1623 səs toplayıb.

 

Qeyd edək ki, D. Özbəkin səlahiyyət müddəti bu ilin may ayında bitəcəkdi. Lakin o, futbol komandasının Super Liqada uğursuz nəticələr almasından sonra fövqəladə seçki keçirmək barədə qərar qəbul edib. D. Özbək seçiləcəyi təqdirdə 3,5 il bu vəzifədə qalacağını bildirmişdi. M. Cengiz isə may ayında yenidən seçki keçirəcəyini elan etmişdi. Beləliklə, mayda "Qalatasaray"da yenidən prezident seçkisi gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie naziri raket ve artilleriya qosunlarinin cebhe bolgesinde yerlesen herbi hissesinin acilisinda istirak edib
    Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgə...
  • sabah naxcivanda islam medeniyyetinin paytaxti nin tenteneli acilis merasimi kecirilecek
    Sabah Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı”nın təntənəl...
sabah naxcivanda islam medeniyyetinin paytaxti nin tenteneli acilis merasimi kecirilecek sabah naxcivanda islam medeniyyetinin paytaxti nin tenteneli acilis merasimi kecirilecek +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272