“APA Holding”in əməkdaşına İslamiadada “Ən yaxşı foto” müsabiqəsinin qalibi mükafatı təqdim olunub

Bakıda keçirilən IV İslam Həmrəyliyi zamanı çəkilmiş ən yaxşı fotonun müəllifinin mükafatlandırılması mərasimi keçirilib. 
 
Apasport.az saytının məlumatına görə, müsabiqənin qalibi olmuş “APA Holding”in əməkdaşı Nicat Əlili hədiyyəsini alıb.
 
Ona mükafatını “Reuters” Agentliyinin keçmiş foto redaktoru, 1996-cı il Atlanta və 2000-ci il Sidney Olimpiya Oyunlarının foto rəhbəri Gari Kemper təqdim edib. Təcrübəli mütəxəssis Əlilinin şəklinin ekspert qrupu tərəfindən ən yaxşı foto seçildiyini açıqlayıb.
 
Onun sözlərinə görə, bu foto digərlərini aşkar şəkildə üstələyib: “Mən foto seçkisi zamanı fərqliliyə üstünlük verirəm. Nicatın çəkdiyi şəkil də tam fərqli olub. Bunu “Reuters” Agentliyi səviyyəsində ən yüksək qiymətə layiq foto kimi qiymətləndirmək mümkündü”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267