Nazir bir neçə medal qazanan idmançıya pul mükafatının necə ödəniləcəyini açıqlayıb

nazir bir nece medal qazanan idmanciya pul mukafatinin nece odenileceyini aciqlayib

“Kompleks yarışlarında gərginlik yüksək səviyyədə olur. Belə yarışlarda elə ab-hava olur ki, bəzən ən güclü idmançı ilk görüşdəcə uduzur, bəzən isə heç kimin gözləmədiyi biri qızıl medal qazanır”. Apasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

 

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının geridə qalan günlərinin hesabatı ilə bağlı mətbuat konfransı təşkil edilib. Əsas Media Mərkəzində keçirilən tədbirdə çıxış edən nazir idmançılar arasında gərgin mübarizənin olmasının onları sevindirdiyini bildirib.

 

Azad Rəhimov 28 ölkə nümayəndələrinin yarışda medal qazanmasını müsbət qiymətləndirib. Azərbaycanla Türkiyə arasında gedən birincilik yarışına da toxunan Əməliyyat Komitəsinin baş icraçı direktoru bu gün start götürən güləş yarışlarındakı çıxışdan çox şey asılı olduğunu vurğulayıb: “Yarışa qatılan ölkələrin komandalarından 60 faizi medal qazanıbsa, bu, mübarizənin gərginliyindən xəbər verir. Azərbaycanla Türkiyə arasında gedən birincilik yarışı barədə konkret proqnoz vermək çətindi. Çünki onlar da bura güclü idmançılarla gəliblər. Bu gün start götürən güləş yarışlarında güclü pəhləvanlar çıxış edəcəklər. İran, Türkiyə, Özbəkistan, Qazaxıstan ən yaxşı güləşçilərini gətiriblər. Hansı ki, həmin idmançılar dünya və Avropa çempionatlarında da bizim güləşçilərlə qarşılaşıblar”.

 

Birdən çox medal qazanan idmançılara nəzərdə tutulan mükafatın tam ödəniləcəyini söyləyən nazir komanda şəklində medal alanların mükafat məbləğinə də aydınlıq gətirib: “Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz. Komanda idman növlərində medal qazananların əyarına uyğun mükafat ümumi komandaya veriləcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mancesterde toredilen terror akti neticesinde 19 nefer olub yenilenib 2
    Mançesterdə törədilən terror aktı nəticəsində 19 nəfər ölüb ...
  • islamiadanin baglanis merasiminden goruntuler fotosessiya
    İslamiadanın bağlanış mərasimindən görüntülər - FOTOSESSİYA...
islamiadanin baglanis merasiminden goruntuler fotosessiya islamiadanin baglanis merasiminden goruntuler fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ