Azərbaycan taekvondo millisi İslamiadanı 9 mükafatla başa vurub

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son gündə daha 5 çəkidə qaliblər müəyyənləşib.

 

Millimizin isə 4 üzvü medallar üçün dayanq üzərinə çıxıb. Onlardan ikisi Ramin Əzizovla Məhəmməd Məmmədov yarışı fəxri kürsüdə başa vurub. Əzizov qızıl, Məmmədov bürünc medala sevinib.

 

Kişilər

63 kq

Məhəmməd Məmmədov turnirə 1/8 finaldan start verib. Dünya kubokunun qızıl medalçısı indoneziyalı İbrahim Zarman önündə ciddi çətinlik çəkməyib (9:2) və adını 1/4 finala yazdırıb. İdmançımız bu mərhələdə Ömər Xəyyami (Mərakeş) önündə ciddi çətinliklə üzləşməyib. Məmmədov rəqibini dayanq üzərinə çıxmağına peşman edib - 26:10. İdmançımız yarımfinalda qazaxıstanlı Alimjan Serikbayevi sınağa çəkib. Təmsilçimiz 7:8 hesabı ilə uduzaraq, bürünc medalla kifayətlənib.

 

74 kq

Səid Quliyev yarışa 1/4 finaldan qoşulub. Gənclərin Olimpiadasında qızıl medal qazanmış idmançımız Toş van Diyklə qarşılaşıb. İdmançımız mübarizəyə fəal başlayıb, hesabda önə keçməsinə baxmayaraq, sona yaxın üstünlüyü əldən verib. Yekunda 17:19 hesablı yenilgiyə üzülən Quliyev İslamiadada mübarizəni dayandırıb.

 

87 kq

Bu çəkidə ölkəmizi təmsil edən Ramin Əzizov yarımfinala çıxmaq uğrunda görüşdə iordaniyalı Anas Sadeki mübarizədən kənarlaşdırıb. Taekvondoçumuz rəqibini 27:8 hesabı ilə üstələyib. Əzizov ikinci sınağını türkiyəli Sərdar Yüksələ qarşı verib. 13:5 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. Həmyerlimiz qızıl medal uğrunda qarşılaşmada İran təmsilçisi Əhməd Məhəmmədi ilə üz-üzə gəlib. 16:13 hesabı ilə qalib gələn Əzizov yarışın çempionu adına yiyələnib.

 

Qadınlar

62 kq

Son gündə dayanq üzərinə çıxan yeganə qadın idmançımız Darya Şkurko olub. O, 1/4 finalda Mərakeş taekvondoçusu Sukayna El-Auni ilə münasibətlərinə aydınlıq gətirib. Gərginliyi ilə diqqət çəkən döyüşdə mərakeşli daha güclü olub. 8:10 hesabı ilə yenilən Şkurko mübarizəni erkən dayandırıb.

 

Qeyd edək ki, taekvondo yarışlarının ilk iki günündə 5 qızıl və 2 gümüş medal qazanan millimiz İslam Həmrəyliyi Oyunlarını 9 mükafatla başa vurub. Bunlardan 6-sı qızıl, 2-si gümüş, 1-i bürüncdü.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mancesterde toredilen terror akti neticesinde 19 nefer olub yenilenib 2
    Mançesterdə törədilən terror aktı nəticəsində 19 nəfər ölüb ...
  • islamiadanin baglanis merasiminden goruntuler fotosessiya
    İslamiadanın bağlanış mərasimindən görüntülər - FOTOSESSİYA...
islamiadanin baglanis merasiminden goruntuler fotosessiya islamiadanin baglanis merasiminden goruntuler fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ