İslamiada: Azərbaycan taekvondoçuları 4 qızıl, 1 gümüş medal qazanıb - YENİLƏNİB

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir.

 

Apasport.az saytının məlumatına görə, bu gün 5 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar. Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz dayanq üzərinə çıxıb.

 

İdmançılarımızdan Ayxan Tağızadə (68 kq) və Patimat Abakarova (49 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (87 kq) İslamiadanı qızıl medalla başa vurublar.

 

Ayxan Tağızadə finalda Seyidhüseyn Ehsanipetrudini (İran), Milad Beiqi Harçeqani Türkiyə taekvondoçusu Yunus Sarını, Patimat Abakarova  qazaxıstanlı Aynur Yasbergenovanı, Radik İsayev isə özbəkistanlı Dmitri Şokini məğlub edib.

 

67 kq çəkidə ölkəmizi təmsil edən Fəridə Əzizova həlledici görüşdəki  Türkiyə təmsilçisi Nur Tatara məğlub olub.

 

 Qeyd edək ki, ötən gün Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıb.

 

***

 

IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışları davam edir. Apasport.az saytının məlumatına görə, 5 çəki dərəcəsində təmsilçilərimiz mükafatlar uğrunda mübarizə aparıblar. Kişilərin yarışında 3, qadınlarda isə 2 taekvondoçumuz dayanq üzərinə çıxıb.

 

İdmançılarımızdan Ayxan Tağızadə (68 kq) və Patimat Abakarova (49 kq) İslamiadanı qızıl medalla başa vurublar.

 

Ayxan Tağızadə finalda Seyidhüseyn Ehsanipetrudini (İran), Patimat Abakarova isə qazaxıstanlı Aynur Yasbergenovanı məğlub edib.

 

Qeyd edək ki, ötən gün Yaprak Eriş yığmamıza qızıl, Qaşım Maqomedov gümüş medal qazandırıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
  • gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler
    Gəncədə mətbuat nümayəndələri Əsgər ağa Goraninin qəbrini zi...
gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler gencede metbuat numayendeleri esger aga goraninin qebrini ziyaret edibler +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ