İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

islamiadada tehsil nazirliyinin idman muessiselerinin 6 yetirmesi 8 medal qazanib

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirməsi olan 18 nəfər idmançı 8 idman növü üzrə milli yığma komandalarının tərkibində “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edib. Onlardan 6 nəfəri  bu oyunların mükafatçısı olub, 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıb”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Onun sözlərinə görə, İslamiadanın böyük insan resurslarının əsasını tələbə könüllüləri təşkil edib.

 

IV İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərin yaxından iştirak etdiyini deyən nazir müavini qeyd edib ki, “Bakı 2017”-nin Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilən könüllülər tamaşaçıların yerləşdirilməsi, xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması kimi müxtəlif fəaliyyətləri icra edib.

 

İslamiadaya 8000-dən çox könüllünün cəlb olunduğunu deyən F.Qurbanov vurğulayıb ki, oyunların açılış və bağlanmış mərasimində 3077 nəfər könüllünün xidmətindən istifadə olunub. Onun sözlərinə görə, tələbə könüllülər indiyədək ölkədə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər: “Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, “Formula 1” Avropa Qran Prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub. “Bakı-2015” I Avropa Oyunları dövründə qazanılan təcrübə nəticəsində könüllülük hərəkatı ölkəmizdə institusional səviyyəyə yüksəlib. Bu prosesdə “SABAH” qruplarının, “Bir” Tələbə Könüllü Proqramının, “ASAN xidmət” mərkəzləri və onların nəzdindəki “ASAN könüllülər” təşkilatının xüsusi rolu var. Azərbaycanın könüllülər ordusu IV İslam Həmrəyliyi Oyunlarında da yüksək hazırlıqla iştirak edib, yarışlarda vətənpərvərlik, peşəkarlıq, qonaqpərvərlik, bacarıq nümayiş etdiriblər”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272