Mətbuat Şurası İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş konfrans keçirib

Mətbuat Şurası (MŞ) Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəyliyi Oyunlarının islam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda konfrans təşkil edib.

 

APA-nın xəbərinə görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycan tolerant dövlətdir, ölkədə ayrı-ayrı dinlərə sitayiş edən insanlar bərabər şəkildə yaşayırlar.

 

Onun sözlərinə görə, Azərbaycanda islam bərqərar olduqdan sonra bu dəyərlərə xüsusi önəm verilib.

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, VII - VIII əsrlərdən Azərbaycanda islam dini yayılmağa başlanılıb: “İslam dini ilə bərabər, islam mədəniyyəti də Azərbaycanda təşəkkül tapıb. İslam mədəniyyətinə Azərbaycan mədəniyyəti töhfələrini verib. Əsrlər boyu Azərbaycanda tolerant, multikultural dəyərlər mövcud olub. Azərbaycanda islam dini daxilində məzhəblərarası şiddət meyli olmayıb. Bu, xalqımızın xoş niyyətinin göstəricisidir. Azərbaycandakı 2166 məsciddən 306-sı tarixi abidə kimi qorunur. Azərbaycan nümunəvi islam modelini ortaya qoya bilib”.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, ölkə gənclərinin hərtərəfli fiziki inkişafı üçün lazımi şərait yaradılıb. Nazir müavini vurğulayıb ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında bütün ölkələrin hamısı iştirak edəcək: “Yarışlar I Avropa Oyunları zamanı istifadə edilmiş 16 idman obyektində baş tutacaq. İnanırıq ki, Azərbaycan idmançıları I Avropa Oyunlarında əldə etdiyi uğurları IV İslam Həmrəyliyi Oyunları zamanı yenidən təkrarlayacaq. Artıq 8 minə yaxın könüllü hazırlanıb”.

 

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın milli maraqlarının təmin olunmasına xidmət edəcək.

 

Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarını keçirməsinə Azərbaycanın mənəvi haqqı çatır.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ