Millət vəkili: “Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin modeli formalaşdı”

millet vekili azerbaycanda islam hemreyliyi oyunlarinin kecirilmesinin modeli formalasdi

"Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin modeli formalaşdı".

 

Bunu APA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

 

İslam Həmrəyliyi Oyunlarına 54 dövləti təmsil edən idmançıların qatıldığını qeyd edən E. Nəsirov bildirib ki, bu nöqteyi-nəzərdən Azərbaycanda keçirilən bu Oyunlar rekord nəticə sayıla bilər.

 

E. Nəsirov deyib ki, Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunları kəmiyyət baxımından dördüncü olsa da, keyfiyyət baxımından yanaşılsa, əslində Azərbaycanda Birinci İslam Həmrəyliyi Oyunları keçirilib: “Həm iştirakçıların say tərkibi, həm hazırlıq, həm də nəticələr baxımından bunu söyləmək mümkündür. İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə keçirilib. Lakin o zaman bu Oyunlar paytaxt deyil, digər şəhərlərdə keçirildi. İştirak edən dövlətlərin sayı da məhdud idi. Eyni zamanda Səudiyyə Ərəbistanındakı mövcud qaydalara uyğun olaraq müəyyən məhdudiyyətlər də oldu. Məsələn, qadın və kişi idmançıların müxtəlif arenalarda yarışması, yaxud onların eyni zamanda eyni məkanda olmasına icazə verilməməsi kimi qadağalar oldu. Bunun ardınca 2009-cu ildə İranda İkinci İslam Həmrəyliyi Oyunları keçirilməli idi. Lakin İranla ərəb ölkələri  arasında körfəzin Fars körfəzi, yoxsa Ərəb körfəzi adlanması məsələsində fikir ayrılığı oldu. Nəticədə İranda bu yarış baş tutmadı. Bu Oyunların üçüncüsü 2013-cü ildə İndoneziyada keçirildi. Lakin bu dəfə də Oyunlar İndoneziyanın paytaxtında deyil, digər şəhərlərdə keçirildi. O zaman da Oyunlar iştirakçıların sayı, miqyası baxımından məhdud xarakterə malik idi. Bu nöqteyi-nəzərdən Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları keyfiyyət baxımından hətta birinci sayıla bilər. Çünki Azərbaycanda sözün həqiqi mənasında İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin bir modeli formalaşdı. Azərbaycan Birinci Avropa Oyunlarını keçirdi və bizdən sonra həmin Oyunları keçirəcək dövlətlər Azərbaycan modelindən, standartlarından istifadə edəcəklər. Bu, hər kəsə bəllidir. Azərbaycandan sonra Türkiyədə keçiriləcək növbəti İslam Həmrəyliyi Oyunları Türkiyə üçün artıq ilk növbədə Azərbaycan modelini, standartlarını öyrənmək bu gün ən aktual məsələlərdən birinə çevrilib”.

 

Millət vəkili bildirib ki, Azərbaycan müsəlman dünyasında öz mövqeyi ilə seçilir: “Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə bunun davamı kimi “İslam Həmrəyliyi İli” elan etməsi, paralel şəkildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bir daha müsəlman aləminə Azərbaycanın bir müsəlman ölkəsi olaraq dinamik inkişaf etdiyini, müasir bir dövlət olduğun növbəti dəfə təsdiqləmiş oldu. Eyni zamanda Azərbaycan paytaxtından bütün müsəlman ölkələrinə həmrəylik mesajları getdi. Bu da müasir dünyamızda çox mühüm, vacib məsələlərdən biridir. Müasir dünyamızda islamofobiya, ksenofobiya, irqçilik kimi qorxulu tendensiyaların genişləndiyi bir reallıqda Azərbaycan paytaxtından dünyaya sülh, əmin-amanlıq, barışıq kimi mesajlar ünvanlanır. Bu, vacib məsələdir. Prezident İlham Əliyev son çıxışlarının birində qeyd etdi ki, Bakıda müsəlman aləminin təmsilçiləri, idmançılar bir-birinin əlini sıxırlar. Bunun böyük rəmzi mənası var. Onlar burada bir-birlərinin əlini sıxmaqla, bütün müsəlman dünyasına bir ismarıc göndərirlər ki, siz də bizim kimi bir-birinizin əlini sıxın, həmrəy olun. Yəni müsəlman dünyasının liderləri bir-birinin yanında olsun, bir-birinin əlini sıxsın, həmrəy olsunlar, problemli günlərdə bir-birlərinə dəstək olsunlar”.

 

E. Nəsirov qeyd edib ki, Azərbaycanda İslam Həmrəyliyi Oyunları çox möhtəşəm keçib: “Azərbaycan növbəti dəfə sübut etdi ki, ölkədə bütün istiqamətlərdə olan inkişaf idman sahəsində də özünü göstərir. İdman sahəsi dövlət başçısının birbaşa nəzarətindədir və nəticələr də göz qabağındadır. Azərbaycan idmançıları komanda hesabında birinci yeri tutdu. Dünyanın 1,5 milyardlıq islam aləmi bir daha əmin oldu ki, Azərbaycan islam aləminin üzvü olaraq böyük inkişaf yolu keçib. Qazanılan medalların sayı da bunu göstərir. Deməli, Azərbaycanda olan ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti və inkişaf nəticə etibarı ilə bütün sferalarda, o cümlədən idman sahəsində bu nailiyyətlərin əldə edilməsini təmin edib. Şübhəsiz ki, bu nəticələrin əldə edilməsində birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri var. Çünki bu Oyunlar onun təşkilatçılığı ilə keçirilirdi. Mehriban Əliyevanın həm açılış mərasimində, həm də bağlanış mərasimində çıxışları, səsləndirdiyi fikirlər də çox önəmlidir. Mehriban Əliyevanın vurğuladığı kimi, bu, bir daha göstərdi ki, Azərbaycan paytaxtında islam aləmi bir araya gəlir, bir-biri ilə sülhdən, barışıqdan, əmin-amanlıqdan danışır. Eyni zamanda bütün dünyaya belə pozitiv mesajlar ünvanlanır. Biz 10 gün ərzində növbəti dəfə bütün dünyanın diqqətini Azərbaycana cəlb edə bildik. Bütün dünyaya göstərə bildik ki, müsəlmanlar haqqında dünyada süni şəkildə formalaşdırılmış assosiasiya kökündən yanlış, səhvdir, dünyada Azərbaycan adlı bir müsəlman ölkəsi var, dünyaya yalnız tolerantlıq, multikulturalizm dəyərlərini ixrac edir. Bununla da dünyada islamofobiya və ksenofobiyaya qarşı öz səsini ucaldır. Bu gün hər bir azərbaycanlı fəxr edir, mürəkkəb dünyamızın nicatı ilə bağlı ən böyük mesajlar məhz Azərbaycan paytaxtından ünvanlanmaqdadır”.

 

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov isə bildirib ki, Azərbaycan adını bir daha tarixə qızıl hərflərlə yazmağa nail ola bildi: "IV İslam Həmrəylik Oyunlarının paytaxt Bakıda möhtəşəm təşkili bütün İslam ölkələrinə həmrəylik nümunəsini sübut etdi. Azərbaycan tarix boyu multikultural dəyərlərə sahib çıxmağa çalışıb, hər zaman bütün dinlərin dəyərlərinə sahiblənib. İslam dəyərlərinin ölkəmizdə daha çox insanların inanc sahəsi olması, İslam ölkələri ilə güclü və strateji əməkdaşlıq Azərbaycanda İslam Oyunlarının keçirilməsinə birbaşa təsir edə bildi.

 

Belə ki, 50-dən çox islam ölkəsinin həmrəyliyi nəticəsində Azərbaycan bir daha böyük idman ölkəsi olduğunu ölkə başçısı İlham Əliyevin siyasi iradəsi nəticəsində ortaya qoydu. I vitse-prezident, təşkilat komitəsinə rəhbərlik edən Mehriban Əliyeva tərəfindən təşkil olunan oyunlar ən yüksək səviyyədə təşkilatçılıq nümunəsi idi. Təşkilat komitəsi Azərbaycan üçün çox çətin və məsuliyyətli bir missiyanın öhdəsindən gəldi".

 

M. Seyidov istər təşkilatçılıq, istər qarşılanma, istərdə də qonaqlarda Azərbaycan haqqında xoş təəssürat yaradılmasında gənclərin rolunun danılmaz və əvəzsiz olduğunu da qeyd edib: "Tədbirlərin təşkilində yaxından iştirak edən, könüllü fəaliyyəti nəticəsində rəğbət qazanmış könüllülər oyunları daha da yadda qalan etdi. "İrəli" İctimai Birliyi sıralarında yer alan çox aktiv üzvlər də, oyunlarda yaxından təşkilatçı və könüllü qismində iştirak edirdi. Onlar da böyük idman oyunlarının bir parçasına çevrilə bildi.

 

Əminəm ki, ölkəmizdə bu il yenidən keçiriləcək "Formula 1", Qadınlar arasında voleybol üzrə Avropa çempionatı və 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarında gənclər hazır komanda şəklində öz dəstəyini nümayiş etdirəcəklər".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267