Rusiyanın idman naziri: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirdi”

rusiyanin idman naziri azerbaycan islam hemreyliyi oyunlarini da yuksek seviyyede kecirdi

“Azərbaycan ilk Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirdi”.

 

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov bildirib. Nazir deyib ki, Azərbaycan bu miqyasda idman yarışları keçirdiyinə görə ən böyük diqqətə və qiymətə layiqdir: “Həm Avropa Oyunları, həm də islam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirildi. Oyunların səviyyəsi, təşkilatçılıq ən yüksək qiymətə layiqdir”.
 

Rusiya və Azərbaycan arasında idman sahəsində əməkdaşlığa toxunan P. Kolobkov Azərbaycanın bu sahədə Rusiyaya verdiyi dəstəyi xatırladıb: “Rusiyalı idmançılara Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sanksiyalar tətbiq edilən zaman Azərbaycan bizim idmançılara dəstək verdi. Bunu təbii ki, biz heç vaxt unutmuruq. Azərbaycanın bu addımını yüksək qiymətləndiririk”.


P. Kolobkov Rusiya və Azərbaycan idman nazirlikləri arasındakı münasibətlərdən də danışıb. O, iki ölkənin müvafiq nazirlikləri arasında işgüzar əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib.
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267