AFFA-nın bir illik xərci 22 milyon manat olub

affa nin bir illik xerci 22 milyon manat olub

AFFA-nın 2017-ci ildəki fəaliyyətinin maliyyə hesabatı məlum olub.

 

Apasport.az saytının məlumatına görə, qurumun bu gün keçirilən növbəti Hesabat Konfransında xərclərin 21 milyon 573 min 657 manat olduğu açıqlanıb.

 

Həmin pulların 10 milyon 154 min 918 manatı milli komandalara, 3 milyon 288 min 43 manatı əmək haqqı və ezamiyyə xərclərinə, 2 milyon 340 min 815 manatı uşaq-gənclər futbolu və liqalarına, 1 milyon 445 min 308 manatı hakimlər və hakim-inspektorlar, 490 min 889 manatı təsərrüfat xərclərinə, 1 milyon 83 min 125 manatı oyunların təşkili sərf olunub.

 

Aviabilet və otel xərclərinə 407 min 534 manat xərclənib. Nəqliyyat xərcləri 565 min 869 manat təşkil edib. Kommunal və rabitə xərcləri 228 min 106 manat, təhsil xərcləri 203 min 34 manat, marketinq və sponsorluq departamentinə 297 min 235 manat, “Cross Culture” layihəsinə 55 min 596 manat, “Elit məşq” layihəsinə 102 min 896 manat, Media Komitəsinə 136 min 161 manat, “Futbol Dərsi” layihəsinə 77 min 396 manat, AVRO-2020-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıq işlərinə 244 min 439 manat xərclənib.

 

Bundan başqa, digər xərclər 752 min 303 manat olub. Xərclərin bölgüsündə yeni infrastruktur və ona aid vəsait nəzərdə tutulmayıb. Vergilər üzrə ayırma isə 2 milyon 353 min 147 manat təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272