Azad Rəhimov: “Atletlər kəndində 6000-ə yaxın insan qalacaq”

azad rehimov atletler kendinde 6000 e yaxin insan qalacaq

Bu gün gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunu ilə bağlı mətbuat konfransı keçirib. Apasport.az saytı xəbər verir ki, nazir yığıncaqda gələn il ölkəmizdə təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq barədə məlumat verib.

 

O bildirib ki, Əməliyyat Komitəsinin işləri qaydasında gedir və heç bir gecikmə olmayacaq: “Burda 500-dək Azərbaycan gənci, 60 nəfər xarici vətəndaş çalışır. Əsas məsələlər nəqliyyat işini həll etmək, idman qurğularının ətrafında hasarların tikilməsi, strukturun yaradılmasıdı. Açılış və bağlanış mərasimi də bu sıradadı. Heç bir gecikmə yoxdu və vaxtında açılış mərasiminə hazır olacağıq”.

 

Nazir bildirib ki, İslamiadada 4000-ə yaxın idmançı iştirak edəcək: “Onlarla birgə 2000 texniki işçi də gələcək. Atletlər kəndində 6000-ə yaxın insan qalacaq. Ardınca bu binalar sahibkarlara qaytarılacaq və satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün 100 milyon dollara yaxın məbləğ nəzərdə tutulub. Onun 60 milyonu bu il üçün idi. Məbləğin əsas hissəsi açılış və bağlanışa gedir”.

 

Rəhimov Azərbaycan Ağırlıqqaldırma Federasiyasında hansısa dəyişikliyin olmayacağını deyib. Onun sözlərinə görə, Azər Əliyevin federasiyaya rəhbər təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “O, orda vitse-prezidentdi. Həmçinin, ağırlıqqaldırma federasiyasında məşqlər edir. Bir qədər öncə isə Milli Olimpiya Komitəsində baş katibin müavini təyin edilib”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • italiyada birinci azerbaycan film festivalinin acilisi olub
    İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub...
  • silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub
    Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi o...
silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ