Azad Rəhimov: “Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidi”

azad rehimov bunlar azerbaycanda idmanin inkisafina olan boyuk diqqetin gostericisidi

"Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir. Ölkəmiz Bakı-2015 I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. 350-dən çox idmançının qatıldığı kayak və kanoe yarışları böyük marağa səbəb oldu. Bundan başqa, Formula 1 üzrə Avropa Qran-Prisi bütün dünyanın diqqətini Azərbaycana yönəltdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

 

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Azad Rəhimov 89 ölkənin 200-dən çox nümayəndəsini Bakıda salamlayıb.

 

O, idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib: “Gələn il Azərbaycan IV İslam Həmrəyliyi Ounlarına ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidi. Oyunlar zamanı kayak və kanoe yarışlarının keçirildiyi Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzini xüsusi qeyd etmək istərdim. Bu idman qurğusunun ölkəmizdə avarçəkmənin inkişafında böyük rolu var. İdmançılarımız 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həm kişilər, həm də qadınlar arasında kanoe və kayak yarışlarında uğurlu nəticələr göstəriblər. Onların gümüş və bürünc medal qazanmalarını fəxrlə qeyd edərdim".

 

Nazir İCF-nin XXXVI Konqresinin Bakıda keçirilməsi üçün Azərbaycana etimad göstərdiyinə görə ali qurumun rəhbərliyinə minnətdarlığını bildririb və Konqresin işinə uğurlar arzulayıb.

 

Daha sonra İCF prezidenti Xose Perurena Lopez hesabat xarakterli çıxış edib. O, ötən müddətdə görülmüş işlərdən, yeni kanoe növlərinin Yay Olimpiya Oyunlarının proqramına salınma perspektivindən danışıb. İspaniyalı funksioner bu sırada sakit sularda kanoenin (wildwater) də 2024-cü il olimpiadasının proqramında yer almasının mümkünlüyünü vurğulayıb.

 

Konqresin proqramına, əsasən, İCF prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir. Bundan başqa, İCF-nin 2016-2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsi üzrə hesabatı dinləniləcək, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq, federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabat xarakterli, xəzinədarın 2014 - 2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışı olacaq, qarşıdakı 2 il üçün İCF-nin iş proqramı və büdcəsi müzakirə və təsdiq ediləcək, 2016-2018-ci illəri əhatə edən dövr üçün növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ