Azərbaycan cüdoçusu “Rio-2016” Paralimpiya Oyunlarında gümüş medal qazanıb

azerbaycan cudocusu rio 2016 paralimpiya oyunlarinda gumus medal qazanib

Bakı-APA. Rio-2016 Paralimpiya Oyunlarında Azərbaycan ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, cüdoçumuz Bayram Mustafayev mübarizəni gümüş medalla başa vurub.

 

66 kq çəki dərəcəsində yarışan idmançımız turnirə 1/4 finaldan start verib. O, ilk olaraq meydan sahibi Oliviera Botoya qalib gəlib. Təmsilçimizin yarımfinaldakı rəqibi yapon Satoşi Fujimoto olub. Bu dəfə də qələbəyə sevinən Mustafayev qızıl medal uğrunda özbəkistanlı Utkirjon Niqmatovla qarşılaşıb.

 

Rəqibinə məğlub olan cüdoçumuz 4 illiyin ən möhtəşəm yarışını ikinci olaraq tamamlayıb.

 

Eyni gündə tatamiyə çıxan digər təmsilçimiz Ramin İbrahimov (60 kq) isə 5-ciliklə kifayətlənməli olub. 1/8 finalda Eduardo Qautonu (Argentina) yolundan kənarlaşdıran təmsilçimiz 1/4 finalda qazaxıstanlı Anuar Sarıyevdən üstün olub. Yarımfinal mübarizəsində özbək Şirzod Namozova uduzan Ramin üçünlük uğrunda mübarizəni də məğlub başa vurub. Monqolustanlı Uqanxu Bolorma həmyerlimizdən üstün olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • italiyada birinci azerbaycan film festivalinin acilisi olub
    İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub...
  • silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub
    Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi o...
silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ