Azərbaycan dünyanın ən yaxşı idman ölkələrinin reytinq siyahısında irəliləyib

azerbaycan dunyanin en yaxsi idman olkelerinin reytinq siyahisinda irelileyib

“Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən siyahıda Azərbaycan da yer alıb.

 

Belə ki, müxtəlif növlər üzrə möhtəşəm çempionatların, həmçinin “Formula-1” və Şahmat Olimpiadası kimi yarışların keçirildiyi Azərbaycan siyahıya daxil olan 86 ölkə arasında 33-cü yerdədi. 4 pillə irəliləyən ölkəmizin əmsalı 5406 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında ötən il olduğu kimi yenə 3-cü pillədədi.

 

Bizi yalnız ümumi siyahıda ikinci olan Rusiya (39145) və 29-cu pillədə qərar tutan Qazaxıstan (6469) qabaqlayır. Azərbaycan Belçika, Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, kimi idman ölkələrini arxada qoyur.

 

İlk “üçlük”də də dəyişiklik olub. Ötən il 5-ci olan ABŞ (39262) bu dəfə liderliyi ələ alıb. Onları Rusiya ilə yanaşı, Kanada (35474) izləyir. Siyahıda 2 pillə geriləyən Türkiyə (11652) 20-ci yerə enib.

 

Şəhərlərin siyahısına isə bu dəfə London başçılıq edir. Böyük Britaniyanın paytaxtı 19549 xala malikdi. İlk “üçlük”də Rio-de-Janeyro (18240) və Tokio (17808) yer alıb. Azərbaycan paytaxtı Bakı 5283 xalla dünyanın 17-ci şəhəridi. Paytaxtımız 9 pillə irəliləməklə, böyük sıçrayışa nail olub. Bakı Minsk, Vankuver, Sankt-Peterburq, İstanbul, Barselona, Los Anceles, Roma, Milan, Amsterdam və bir sıra aparıcı şəhərlərdən öndədi.

 

Bakı MDB məkanında Moskva, Kazan və Soçidən sonra 4-cüdü. İstanbul isə ümumi siyahıda 23-cüdü.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kamal abdullanin yarimciq elyazma eseri gurcu diline tercume olunub
    Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri gürcü dilinə tərcü...
  • socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur
    SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı lazımı tədbirlər...
socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur +2
MƏZƏNNƏ
FOREX
/ 31 Mart, 2017

USD
1.7238
 
EUR
1.8536
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ