Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 11 medal qazanıb

azerbaycan xv yay paralimpiya oyunlarinda 11 medal qazanib

Bakı-APA. Rio-2016” XV Yay Paralimpiya Oyunlarında yarışlar başa çatıb.

 

Azərbaycan Milli Paralimpiya Komitəsindən APA-ya verilən məlumata görə, milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

 

Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib. Yarışlara Azərbaycan Milli Paralimpiya Komitəsi 6 idman növündə, 22 idmançı və 2 liderlə qatılıb. Onlardan 11-i ilk dəfə Paralimpiya Oyunlarında iştirak edib.

Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

 

Milli komandamız “Rio-2016”da Pekin oyunlarına nisbətən 1 medal çox, London oyunlarına nisbətən isə 1 medal az qazanıb. Lakin, London Paralimpiya Oyunlarında 7 idmançı mükafatçılar sırasına düşmüşdüsə, “Rio-2016”da 8 atletimiz bayrağımızı qaldırıb. Bu oyunlarında ilk dəfə olaraq 5 qadın idmançı iştirak edib və ümumilikdə 4 medal qazanıb. Paralimpiyaçılarımız idmançıların sayına görə qazanılmış medalların faiz nisbətində də uğurlu nəticə göstərib. İdmançıların sayına görə qazandığı medalların səmərəlilik kafisenti 50 faiz təşkil edib və nəticədə bu göstəriciyə görə komandamız ilk pillələrdə yer alıb.

 

İki idmançımız “Rio-2016”da yeni rekordlara da imza atıb. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyib. 8 mükafatçıdan 7-si Paralimpiya Oyunlarında ilk dəfə medal qazanıb. Qeyd edək ki, idmançılarımız 20 il ərzində, 6 Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla, 38 medal əldə edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:54 27 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida tikinti sektorunda qeyri resmi mesgullugun aradan qaldirilmasi muzakire olunur
    Bakıda tikinti sektorunda qeyri-rəsmi məşğulluğun aradan qal...
  • ataturkun kitabxana mudirinin oglu gencede en cox menim cixisimi alqisladilar musahibe
    Atatürkün kitabxana müdirinin oğlu: “Gəncədə ən çox mənim çı...
ataturkun kitabxana mudirinin oglu gencede en cox menim cixisimi alqisladilar musahibe ataturkun kitabxana mudirinin oglu gencede en cox menim cixisimi alqisladilar musahibe +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ