Bakı Şəhər Halqası Akademiyasının açılışı olub

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mərkəzi ofisində könüllülük fəaliyyətinə dair yeni qurulan Akademiyanın açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, 2017 Formula-1 Azərbaycan Qran-prisinin rəsmi elçisi, əməkdar artist Tünzalə Ağayeva və bu yarışın könüllülər proqramı üzrə rəsmi elçisi, müğənni Miri Yusif, həmçinin bir sıra rəsmilər iştirak ediblər.

 

Mərasimdə açılış nitqi söyləyən BŞH-nın İnsan Resursları Şöbəsinin və yeni təsis olunmuş akademiyanın rəhbəri İranə Əhmədova Bakı Şəhər Halqası akademiyasının açılmasında əsas məqsədin ölkəmizdə keçirilən Formula-1 yarışlarının təşkilatçılığında iştirak edəcək könüllülərin hazırlığının daha peşəkar səviyyədə reallaşdırmaq olduğunu bildirib.

 

Əhmədova həmçinin qeyd edib ki, könüllülərin şəxsi inkişafı daim diqqət mərkəzində olacaq: “Akademiyada hədəflərin müəyyən edilməsi, kommunikasiya bacarıqlarının artırılması, konfliktlərin həll edilməsi, liderlik, vaxtın səmərəli idarə olunması, layihələrin idarə edilməsi və başqa zəruri mövzularda təlimlər keçiriləcək. Eyni zamanda, akademiya çərçivəsində xarici dillər üzrə danışıq klubları və müasir kitabxana fəaliyyət göstərəcək. Hər bir könüllü onlar üçün yaradılan bu şəraitdən tam və təmənnasız faydalanmaq imkanına sahib olacaq”.

 

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov könüllülərin hazırlığı prosesinə cəlb olunan kadrların hamısının yerli mütəxəssislər olduğunu bildirib: “Gənclər arasında könüllülüyə olan marağın durmadan artması bizdə sevinc və fərəh hissi oyadır. İstər İslam Həmrəyliyi Oyunları, istərsə də Formula-1 Azərbaycan Qran-prisi üçün könüllülərin hazırlığı prosesinə cəlb olunan mütəxəssislərin hamısı yerli kadrlardı ki, onların böyük qismi əvvəlki yarışlarda könüllü olaraq fəaliyyət göstərib. Bizim üçün böyük önəm kəsb edən əsas məqam ondan ibarətdi ki, irimiqyaslı idman tədbirlərinə cəlb olunan gənclərə yüksək təşkilatçılıq bacarıqları qazandırmaqla yanaşı, onların gələcək şəxsi inkişafı da yüksək səviyyədə öz əksini tapsın”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
09:05 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iyunun evvelinden neftin qiymeti ilk defe 50 dollari otub
    İyunun əvvəlindən neftin qiyməti ilk dəfə 50 dolları ötüb...
  • gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib
    Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qa...
gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ