İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Koordinasiya Komissiyasının IV iclasının vaxtı dəqiqləşib

islam hemreyliyi oyunlari ile elaqedar koordinasiya komissiyasinin iv iclasinin vaxti deqiqlesib

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Koordinasiya Komissiyasının IV iclasının vaxtı dəqiqləşib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, yığıncaq noyabrın 8-də keçiriləcək.

 

İclasda IV İslamiadanın icraçı direktoru, gənclər idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK), həmçinin İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Əlaqələndirmə Komissiyasının sədri Hamad Kalkaba Maldoum və digər rəsmilər iştirak edəcəklər.

 

Proqrama əsasən, saat 09:00-da yığıncaq öz işinə başlayacaq. Burada İslamiadada iştirak edəcək idman növünün və atletlərin sayı dəqiqləşəcək. Bununla yanaşı, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər məsələlər müzakirə olunacaq.

 

Günün yekununda, saat 16:00-da KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

 

Ertəsi gün isə marketinq, yayım, kommersiya, həmçinin açılış və bağlanış mərasimləri barədə də fikir mübadiləsi aparılacaq.

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarına gələn il mayın 12-də start götürəcək və 22-də başa çatacaq. Bakıda təşkil olunacaq yarışda 57 ölkədən 5000-dək atletin iştirakı gözlənilir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ