İslamiadanın maskotları ictimaiyyətə təqdim edilib

islamiadanin maskotlari ictimaiyyete teqdim edilib

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi bu gün ictimaiyyətə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotlarını təqdim edib. Apasport.az saytının məlumatına görə, gözəllikləri ilə göz oxşayan Qarabağ atları mayın 12-22-də baş tutacaq İslamiadanın simvolu elan edilib.

 

İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları Oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının simaları olacaqlar. Yəni onlar simvolik olaraq, “İncə” və “Cəsur” adlanacaqlar.

 

İncə - özündə millilik və müasirliyi məharətlə cəmləyir.

Məharətli, mərd və məqsədyönlü “Cəsur”, digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə olan sevgi və diqqəti ilə də ön sıralardadı.

 

Maskotlar oyunlar öncəsi və yarışın gedişində əhalimizi İslamiadanın bir parçası olmağa ruhlandırmaqla yanaşı, eyni zamanda, mərkəz və regionlarımızda əsl idman bayramı əhval ruhiyyəsi yaradacaqlar.

 

Qeyd edək ki, maskotlar artıq illüstrasiya şəklində yaradılıb və tezliklə animasiyalı, eləcə də, real görünüşə sahib olaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının tədbirlərinə rəng qatacaqlar.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
09:05 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iyunun evvelinden neftin qiymeti ilk defe 50 dollari otub
    İyunun əvvəlindən neftin qiyməti ilk dəfə 50 dolları ötüb...
  • gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib
    Gürcüstanda yanğın nəticəsində üç azərbaycanlı ailə evsiz qa...
gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib gurcustanda yangin neticesinde uc azerbaycanli aile evsiz qalib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ