IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri üçün biletlərin qiyməti açıqlanıb

iv islam hemreyliyi oyunlarinin acilis ve baglanis merasimleri ucun biletlerin qiymeti aciqlanib

Bu gün  “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılıb.

 

APA-nın məlumatına görə, Bakıda bilet satışı ilə bağlı təşkil olunan tədbirdə IV İslam Həmrəyliyi Oyunların ilə bağlı videoçarx nümayiş etdirilib, mötəbər yarışın tarixi, həmçinin “Bakı-2017” çərçivəsində təşkil olunacaq idman yarışları barədə ətraflı məlumat verilib.

 

“Bakı-2017”nin ulduz səfirləri Tünzalə Ağayeva və Hacı Nuran, idmançı səfirlər - ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev və taekvandoçu Fəridə Əzizova ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycan yüksək təşkilatçılıq bacarığı ilə digər dövlətlərə nümunə göstərilir. Respublikamız növbəti möhtəşəm yarışa ev sahibliyi etməyə hazırlaşır. Cari ilin mayında bütün dünyanın idman nəbzi Azərbaycanda atacaq. Mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Dünyanın 55 ölkəsindən atletlərin qatılacağı yarış da yüksək təşkilatçılığı ilə fərqlənəcək.

 

Səfirlər azarkeşləri bilet almağa, həmçinin milli komandalarımıza azarkeşlik etməkdə fəal olmağa çağırıblar. Daha sonra “Bakı-2017”nin talismanları – “Cəsur” və “İncə” tədbir iştirakçılarını salamlayıb və onlarla xatirə şəkli çəkdiriblər.

 

“Bakı-2017”nin bilet əməliyyatları şöbəsinin rəhbəri Miryam Boqotaj 500 min biletin satışa çıxarıldığını nəzərə çatdırıb. Diqqətə çatdırıb ki, idman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılan 12 satış məntəqəsindən əldə edə bilərlər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri “Park Bulvar”, “Gənclik” və “28 Mall”dur. Bununla yanaşı, Oyunların keçiriləcəyi 16 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək.

 

Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manat arasında dəyişir. On altı yaşadək olan şəxslər 13 idman arenasında keçiriləcək sessiyalar üçün güzəştli biletlərdən yararlanacaqlar. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq. Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış üçün isə 10-100 manat olacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 28 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • amea nin umumi yigincagi kecirilir yenilenib
    AMEA-nın ümumi yığıncağı keçirilir - YENİLƏNİB
  • mn ermenistan osa zenit raket kompleksinden istifade edib
    MN: Ermənistan “OSA” zenit raket kompleksindən istifadə edib...
mn ermenistan osa zenit raket kompleksinden istifade edib mn ermenistan osa zenit raket kompleksinden istifade edib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ