Lukaşenko: “Azərbaycan Avropa Oyunlarını parlaq səviyyədə keçirib, heç kəs həmin turniri təkrar edə bilməz”

lukasenko azerbaycan avropa oyunlarini parlaq seviyyede kecirib hec kes hemin turniri tekrar ede bilmez

“Siz Avropa Oyunlarını parlaq səviyyədə keçirdiniz, heç kəs həmin turniri təkrar edə bilməz. Siz elə bir səviyyə müəyyən etdiniz ki, ümumiyyətlə, əsas olimpiada, dünya olimpiadası bu dərəcədə hazırlanmır, keçirilmir. Bunu dərhal demişdim, ikinci Avropa Oyunlarını bizdə, Belarusda keçiriləcəyini nəzərdə tuturdum. Əlbəttə, biz sizi üstələyə bilmərik, lakin belaruslulara xas olan səmimiyyətlə dedim, biz çalışacağıq ki, bu Oyunların açılışında, bağlanışında və keçirilməsində Azərbaycandan geri qalmayaq.

 

APA-nın məlumatına görə, bu barədə prezident Aleksandr Lukaşenko noyabrın 28-də Azərbaycan və Belarus arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında deyib.

 

Belarus dövlət başçısı Azərbaycan prezidentini 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına dəvət edib: “Biz estafeti sizdən qəbul edirik. Əlbəttə, biz sizin topladığınız o qiymətli təcrübəni mənimsəmək istərdik ki, həmin Oyunları ləyaqətlə, yüksək səviyyədə keçirək. İdmanda konkret əməkdaşlığın başqa istiqamətləri üzrə də sizin təcrübənizi öyrənməyə hazırıq. Kimin fikrinə gələrdi ki, vaxtilə idmanın çox növlərini Azərbaycan Belarusdan öyrəndiyi halda, bu gün biz idmanın çox növləri üzrə Azərbaycandan öyrənməli olacağıq. Rioda siz çox ləyaqətlə çıxış etdiniz və bu, çox cəhətdən sizin keçirdiyiniz Avropa Oyunları sayəsində mümkün oldu. Bildiyiniz kimi, həm sizin prezident, həm də mən eyni zamanda Milli Olimpiya komitələrinin prezidentləriyik. Bu gün idman həm Azərbaycan prezidentinin həyatında, həm də mənim həyatımda mühüm yer tutur və xüsusi rol oynayır. Biz öz vətəndaşlarımızda idmana həm maraq, həm də sevgi aşılayırıq. Siz həmişə, nə qədər çətin olsa da ən mürəkkəb məqamlarda nəinki kömək etməyə hazır olmusunuz, həm də kömək etmisiniz. Sizin gördüyünüz bütün işlər ciddi şəkildə öyrənilməyə və bizim Vətənimizdə həyata keçirilməyə layiqdir”.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • makedoniyada etirazcilar parlamente basqin ederek muxalifet liderini doyubler
    Makedoniyada etirazçılar parlamentə basqın edərək müxalifət ...
  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
qebelede su festivali kecirilib qebelede su festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ