Mehriban Əliyeva: “Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək”

mehriban eliyeva eminem ki iv islam hemreyliyi oyunlari ugurla kecirilecek

“Təşkilat Komitəsi Oyunların hazırlığına çox ciddi yanaşıb, artıq böyük iş görülüb. Bugünkü iclasımız da onu göstərir ki, ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır”.

 

APA-nın məlumatına görə, bunu birinci vitse-prezident Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin iclasına yekun vurarkən deyib.

 

“Biz “dünya standartlarına uyğun” kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq. Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var. Ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni, artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər doğrudan da bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bir daha deyirəm ki, bu, ilk növbədə, Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir”, deyə M.Əliyeva qeyd edib.

 

Birinci vitse-prezident bildirib ki,  prezident İlham Əliyev Oyunlara hazırlığı daim diqqət mərkəzində saxlayır: “Cənab prezident son çıxışlarında Təşkilat Komitəsinin işini bir neçə dəfə çox yüksək qiymətləndirib. Bu, əlbəttə, bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Biz gərək bu etimadı tam gücümüzlə doğruldaq. Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq. Bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bdu da islam hemreyliyi ili 2017 realliqlar perspektivler movzusunda konfrans kecirilib
    BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər...
  • 174 turanbankda telebeler ucun seminar kecirilib
    ® TuranBankda tələbələr üçün seminar keçirilib
174 turanbankda telebeler ucun seminar kecirilib 174 turanbankda telebeler ucun seminar kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ