Ötən il AFFA 27 milyon manat gəlir əldə edib

oten il affa 27 milyon manat gelir elde edib

AFFA-nın büdcəsinə 2017-ci ildə daxil olan vəsaitlərin məbləği açıqlanıb.

 

Apasport.az saytının məlumatına görə, ötən il qurumun hesabına 27 milyon 608 min 305 manat daxil olub.

 

AFFA-nın hesabına ən böyük vəsait SOCAR-dan gəlib – 8 milyon 234 min 150 manat. UEFA assosiasiyaya 6 milyon 260 min 268 manat, FİFA 2 milyon 718 min 696 manat köçürüb.

 

Bundan başqa, milli komandanın oyunlarının yayım hüququndan 5 milyon 955 min 600 manat, “Azəridmanservis”dən 5 milyon 538 min 981 manat, “Bakcell” MMC-dən 698 min 416 manat, “Paşa Sığorta”dan 177 min manat, “Bulvar otel”dən 112 min 100 manat, “Coca Cola”dan 94 min 400 manat gəlir əldə olunub. Digər gəlirlərin ümumi məbləği isə 818 min 400 manat təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267