Qəbələdə atıcılıq növləri üzrə Dünya Kuboku davam edir

Qəbələ. Elvin Yaqubov-APA. Sentyabrın 19-da Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışları davam edir.

 

APA-nın yerli bürosunun xəbərinə görə, yarışların ikinci günü stend və güllə atıcılığının daha 4 növü üzrə, yəni oğlanlar arasında tüfəngdən 50 metr məsafəyə atəş açma, oğlanlar və qızlar arasında tapançadan 10 metr məsafəyə atəş açma, oğlanlar arasında dairəvi stend atıcılığı üzrə yarışların qalibləri məlum olub.

 

Oğlanlar arasında dairəvi stend atıcılığı yarışlarında Rusiya idmançısı Aleksey Belov birinci, İtaliya atıcısı Edoardo Aloy ikinci, Çexiya təmsilçisi Daniel Korçak üçüncü yeri tutub. Bu yarışda ümumi hesabda Rusiya, Çin və Hindistan komandaları müvafiq olaraq I-III yerlərə çıxıblar. Qadınlar arasında yerə uzanaraq kiçik çaplı tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında Çexiya idmançısı Nikola Foistova birinci, Rusiya təmsilçisi Olqa Efimova ikinci, Hindistan atıcısı Qayatri Nityanadam üçüncü yeri tutub. Həmin yarışda ümumi hesabda Norveç, Rusiya və Hindistan komandaları müvafiq olaraq I-III yerləri tutublar.

 

Oğlanlar arasında 10 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Rusiya idmançısı Artem Cernousov birinci, Hindistan atıcısı Anmol Anmol ikinci və Ruisya təmsilçisi Yevgeni Borovoy üçüncü yerə çıxıb. Bu yarışda ümumi hesabda Rusiya, Hindistan və Gürcüstan komandaları müvafiq olaraq I-III yerlərə çıxıblar. Qızlar arasında 10 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Rusiya idmançısı Margarita Lomova birinci, Çexiya atıcısı Anna Dedova ikinci, Misir idmançısı Afaf Elhodhod üçüncü yerə çıxıb. Həmin yarışda ümumi hesabda Hindistan, Türkiyə və Özbəkistan komandaları müvafiq olaraq I-III yerləri tutublar.

 

Yarışlardan sonra ilk 3 yeri tutan idmançıların və komandaların mükafatlandırılması mərasimi keçirilib. Hazırda medalların ümumi sayına görə Rusiya komandası 14 medalla birinci, Hindistan idmançıları 13 medalla ikinci, Çin atıcıları 6 medalla üçüncü yerdədir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ