Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının Təşkilat Komitəsinin iclası olub

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində sentyabrın 18-dən 23-dək keçiriləcək olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarının Təşkilat Komitəsinin iclası keçirilib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, iclasda Beynəlxalq İdman Atıcılıq Federasiyasının texniki nümayəndə heyətinin rəhbəri Karlos Silvo Monterosso, beynəlxalq federasiyanın İcraiyyə Komitəsinin üzvü Vilyam Havier Qrill, Azərbaycan Atıcılıq Federasiyasının baş katibi, yarışların meneceri Emin Cəfərov çıxış edərək yarışlar barədə geniş məlumat verib. İclasda 27 ölkənin atıcılıq federasiyalarının nümayəndələri, idmançıların məşqçiləri və hakimlər, texniki işçilər iştirak ediblər. İclasda təşkilati məsələlər müzakirə edilib, komandaların heyətləri açıqlanıb, idmançıları sayı elan olunub. Məlumata görə, bu mötəbər yarışlara hazırlıqla bağlı bütün ölkələrin komandaları üçün sentyabrın 16-17-də Stend və Ox Atıcılığı Kompleksində təlim-məşq toplanışlarında iştirak etmək üçün şərait yaradılıb. Atıcıların məşqləri uğurla başa çatıb və onlar yarışlara tam hazır vəziyyətdədilər.

 

E. Cəfərov bildirib ki, dünya kuboku uğrunda yarışlar qapalı və açıq komplekslərdə atıcılığın stend və güllə atıcılığı növləri üzrə keçiriləcək. Sentyabrın 18-də başlayacaq bu yarışlarda ölkəmizi 25 idmançı təmsil edəcək ki, onlardan 11-i stend atıcılığı, 14-ü isə güllə atıcılığı yarışlarında bacarığını nümayiş etdirəcək. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarışlarda yarışlarda 27 ölkədən 281 nəfər 21 yaşadək olan gənc qız və oğlan idmançı iştirak edəcək. Onların arasında dünya və Avropa çempionları, “Rio-2016” Olimpiadasının mükafatçıları var. Güllə atıcılığı üzrə yarışlar 10 olimpiya növü və 2 qeyri-olimpiya növü üzrə, stend atıcılığı üzrə yarışlar isə 5 olimpiya növü üzrə keçiriləcək. Oğlan və qızlar dairəvi stend, səngər stend və qoşa səngər stend yarışlarında, eləcə də tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açmaq yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər.

 

Təşkilat Komitəsinin iclasında məlumat verilib ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq ənənəvi olaraq hər il keçirilən böyüklərin dünya kuboku yarışlarından fərqli olaraq gənclər arasında dünya kuboku uğrunda yarışlar bu il ilk dəfə olaraq keçirilməyə başlanılıb. Gənclərin Dünya Kuboku yarışlarının ilk mərhələsi bu ilin əvvəlində Almaniyanın Zull şəhərində olub, ikinci mərhələsi isə hazırda Qəbələdə keçirilir. Yarışlar sentyabrın 23-də başa çatacaq.

 

Qeyd edək ki, bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida onlarla evde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda onlarla evdə çökmə baş verib, bir neçə ailə evakua...
  • nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur
    Nazir: “Vyana razılaşması Azərbaycanın maraqlarına uyğundur”...
nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ