Roma Olimpiada-2024 üçün namizədliyini geri götürüb

roma olimpiada 2024 ucun namizedliyini geri goturub

Bakı-APA. İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. Apasport.az saytının məlumatına görə, bu barədə rəsmi qərarı CONİ-nin prezidenti Covanni Malaqo açıqlayıb.

 

O keçirdiyi mətbuat konfransında bildirib ki, artıq namizədliyi geri götürmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktub göndəriblər: “Bu gün səhər namizədlikdən imtina etdik”.  

 

Maloqo 2019-cu ildə BOK-un İcraiyyə Komitəsinin Milanda keçirilməsi istəyini də məktuba əlavə etdiklərini deyib.

 

Nəticədə Oyunları keçirməyə namizəd kimi Budapeşt (Macarıstan), Los-Anceles (ABŞ) və Paris (Fransa) şəhərləri qalıb. 2024-cü ildə olacaq yarışın ev sahibinin adına isə 2017-ci il sentyabrın 13-də Perunun paytaxtı Limada aydınlıq gələcək.

 

Qeyd edək ki, Roma 2020-ci ildə də Olimpiadaya ev sahibliyi etmək arzusunda olsa da, İtaliya hökuməti iqtisadi böhran səbəbindən namizədlikdən imtina etmişdi. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ