Şef-de-mission: “Patrik Braxner nəhəng slalom yarışlarında çıxış etməli deyildi”

sef de mission patrik braxner neheng slalom yarislarinda cixis etmeli deyildi

“Patrik Braxner nəhəng slalom yarışlarında çıxış etməli deyildi. O, yalnız bir idman növündə mübarizə aparacaq”. Bunu apasport.az saytına açıqlamasında Pxençxan Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov deyib.

 

O, milliləşdirilmiş avstriyalı Patrik Braxnerin Qış Olimpiya Oyunlarında nəhəng slalom yarışlarına qatılmamasının səbəbini açıqlayıb.

 

Bağırovun sözlərinə görə, lisenziya dağ xizəyi üzrə verilib və burda idmançının da seçim imkanı var: “Bəli, bu xizəksürənin də istəyindən asılıdı. İstəsəydi, hər 2 yarışda – nəhəng slalom və slalomda iştirak edə bilərdi. Amma nəhəng slalom lazım deyildi. Orda Braxnerin şansı yox idi. Çünki bizim idmançı slalomda çıxış edir. Məsələn, atletikada 800 m və 100 m məsafələrə qaçış var. Orda fərqli texnika olduğu kimi, bu idman növləri arasında da elədi”.

 

Şef-de-mission təmsilçimizin fevralın 22-də keçiriləcək slalom yarışlarına qatılacağını deyib: “O, özünü slalomda cəmləyib. Çünki orda daha çox şansı var. Nəhəng slalomda isə vəziyyət bir qədər fərqlidi”.

 

Bağırov bir neçə gün öncə Braxnerin səhhətində problem yarandığını da deyib. O bildirib ki, idmançıda artıq hər şey qaydasındadı: “Patrik 5 gün əvvəl özünü zəif hiss edirdi. Klinikaya getdik və artıq hər şey qaydasındadı. Bu səbəbdən səhhəti ilə bağlı hansısa problem yoxdu”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272