XXIII Qış Olimpiya Oyunları başa çatıb

xxiii qis olimpiya oyunlari basa catib

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunları başa çatıb.

 

APA-nın "Apasport.az" saytına istinadən verdiyi məlumata görə, Cənubi Koreyada keçirilən 4 illiyin ən böyük qış idman yarışı bir sıra rekordlarla yadda qalıb.

 

Belə ki, “Ağ Olimpiada”da “qızıl” qazanan ölkələrin sayında da rekord təkrarlanıb. Ötən gün finlandiyalı xizəkçi Yivo Niskanen çempion olmaqla ölkəsinin adını ən az bir qızıl medal qazananların siyahısına yazdırıb. Bununla da Pxençxanda himni səslənən 22-ci ölkə Finlandiya olub.

 

Bu isə Soçi-2014 Olimpiadasında qeydə alınan rekordun təkrarı olub.

 

Qeyd edək ki, turnirin ən çox medal qazanan ölkəsi Norveçdir. Skandinaviyalılar ümumilikdə 39 (14 qızıl, 14 gümüş və 11 bürünc) medalla bütün rəqiblərini qabaqlayıblar. İkinci yeri Almaniya (31 – 14,10, 7), üçüncü yeri isə Kanada (29 – 11, 8, 10) tutub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267