Yelkənli İdman Federasiyası təlim düşərgəsi təşkil edib

Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədi ilə 31 may - 3 iyun tarixlərində təlim düşərgəsi təşkil olunub.

 

Federasiyadan APA-ya verilən məlumata görə, məşqlərin yüksək keyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilib.

 

Dragan Gasic 30 il məşqçi kimi fəaliyyət göstərib, 6 dünya və 4 avropa çempionatının qalibi olub. Beynəlxalq səviyyəli məşqçi məşq prosesindən və idmançılarımızın hazırlığından razı qaldığını bildirib.

 

Dörd gün davam edən təlimlər 10 saat nəzəri və 20 saat dənizdə praktiki məşqlərdən ibarət olub.

 

Məşqlərdə 16 idmançı və 4 məşqçi iştirak edib.

 

Məlumatda o da bildirilir ki, aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, komandaya yeni idmançıları cəlb etməkdir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272