Anatoli Karpov Bakıya gəlir

anatoli karpov bakiya gelir

Bakı – APA. Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Bakıya gələcək. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov verib.

 

Açılış mərasimi sabah keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan mətbuat konfransında çıxış edən Məmmədov qeyd edib ki, yarışa bir sıra məşhur qrossmeysterlər Olimpiadaya fəxri qonaq kimi dəvət edilib. Onlar arasında 12-ci dünya çempionu Anatoli Karpov da var. Rusiyalı şahmatçı artıq ölkəmizə gələcəyini təsdiqləyib.

 

Məmmədov bildirib ki, Azərbaycan şahmatının yetirməsi olan, erməni əsilli 13-cü dünya çempionu Harri Kasparov isə Olimpiadanın qonaqları sırasında yer almayıb. Buna FİDE-nin ona tətbiq etdiyi cəza imkan verməyib. Çünki Kasparova qurumun bayrağı altında keçirilən yarışlarda qonaq kimi də iştirakına qadağa qoyulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
  • masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda bəzi evlərdə çökmə baş verib, bir neçə ailə evakua...
masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ