Azərbaycan şahmatçıları reytinq siyahısında irəliləyiblər

azerbaycan sahmatcilari reytinq siyahisinda irelileyibler

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, dekabr üçün müəyyənləşən 100 ən güclü arasında Azərbaycan qrossmeysterlərinin sayı dəyişməz qalıb.

 

Top-100-də yer alan 6 şahmatçımızdan ən yaxşı nəticə isə son aylar olduğu kimi, yenə  Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ayla müqayisədə 2 pillə irəliləyən həmyerlimiz 12-ci yerə yüksəlib. O, 2768 reytinq xalına malikdi.

 

Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2710) da uzun fasilədən sonra mövqeyini yaxşılaşdırıb. 14 reytinq xalı qazanan təmsilçimiz 10 pillə irəliləyib.

 

Rauf Məmmədov (2688) da yuxarı pilləyə qalxıb. 2 rəqibini arxada qoyan şahmatçı hazırda 55-cidi. Ondan fərqli, Eltac Səfərli (2691) mövqeyini qoruyub. Qrossmeysterimiz yeni siyahıda da 49-cudu.

 

4 həmyerlimizdən fərqli, milliləşdirilmiş yeganə legionerimiz Arkadi Naydiç (2687) isə mövqeyini itirib. Latviya əsilli zəka sahibimiz 56-cı yerə enib.

 

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2840) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2823) ikinci olduğu cədvəldə Maksim Vaşye-Laqrav (Fransa, 2811) “üçlük”dən kənar qalıb. O, yerini Vladimir Kramnikə (Rusiya, 2809) təhvil verib.

 

Qadınların cədvəlində ən güclülər arasında Azərbaycan təmsilçilərindən yalnız Gülnar Məmmədova yer alıb. Top-100-ə bu ay daxil olmaqla, burada Günay Məmmədzadəni əvəzləyən 2392 reytinq xalla 71-ci pillədədi. Bu siyahıya isə çinli Yifan Hou (2651) başçılıq edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ