Bakıda Şahmat Olimpiadasının ilk turuna start verilib

Bakı - APA. Sentyabrın 2-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib.

 

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

 

Dövlət başçısı əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.

 

Bakı Olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Yarışları 193 hakim idarə edir. Yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.

 

Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) edib.

 

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət “Azərbaycan-1” komandası Zimbabve, “Azərbaycan-2” Mozambik, “Azərbaycan-3” isə Papua-Yeni Qvineya milliləri ilə qarşılaşacaq. Qadınların mübarizəsində isə “Azərbaycan-1” komandası Nikaraqua, “Azərbaycan-2” Yaponiya, “Azərbaycan-3” isə Lesoto yığması ilə üz-üzə gələcək.

 

Sonra dövlət başçısı yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.

 

Prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Aleksandra Kostenyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (E2-E4) edib.

 

Azərbaycan prezidenti əlil şahmatçıların yarışına da baxıb, daha sonra arenada yaradılan şəraitlə tanış olub.

 

On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Olimpiada ilə yanaşı, sentyabrın 4-dən 13-dək Bakıda FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları keçiriləcək.

 

Şahmat Olimpiadasını işıqlandırmaq üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ