Beynəlxalq Tennis Federasiyası 2 azərbaycanlı hakimi ömürlük cəzalandırıb

beynelxalq tennis federasiyasi 2 azerbaycanli hakimi omurluk cezalandirib

Bakı – APA. Beynəlxalq Tennis Federasiyası (İTF) 2 azərbaycanlı hakimi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, İTF vəzifəsindən sui-istifadə etdiyi üçün Şirzad Həsənov və Arxip Molotyaqini ömürlük hakimlikdən uzaqlaşdırıb.

 

İTF bir sıra araşdırmalar apardıqdan sonra onlarla bağlı belə sərt qərar verməyi məqsədəuyğun sayıb. Buna təmsilçilərimizin “Fyuçers” seriyalı turnirlərdəki hərəkətləri səbəb olub.

 

Hakimlərimiz təxminən 1 il əvvəl İsraildə keçirilən turnir zamanı bir sıra fırıldaqlara əl atıblar. Oyunun gedişində hesabı internetə canlı ötürən ədalət təmsilçiləri dəfələrlə bu addımı yubadıblar. Həsənov və Molotyaqinlə əlbir olan, matç zamanı tribunada əyləşən, həmçinin nəticədən xəbəri olan fırıldaqçılar bukmeker kontorlarında canlı pul qoyuluşu etməklə böyük məbləğdə paralar qazanıblar.

 

Hakimlərin dəfələrlə bu fırıldaqdan yararlandığı da bildirilir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ