Bu gün “Shamkir Chess 2018” turnirinə yekun vurulacaq

bu gun shamkir chess 2018 turnirine yekun vurulacaq

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinə bu gün yekun vurulacaq. Apasport.az saytının məlumatın görə, IX tur eyni zamanda son tur olacaq.

 

Son turda iki azərbaycanlı qrossmeyster üz-üzə gələcək. Yığmamızın lideri Şəhriyar Məmmədyarov turnirin autsayderlərindən sayılan Rauf Məmmədovla qarşılaşacaq. Rauf ağ, Şəhriyar qara fiqurlarla oynayacaq.

 

Teymur Rəcəbov da qara fiqurlarla mübarizə aparacaq. Şahmatçımız sonuncu pillənin sahibi David Navara ilə görüşəcək. Lider Maqnus Karlsen son turda ən yaxın izləyicisi Dinq Lirenlə münasibətlərinə aydınlıq gətirəcək. Məhz bu görüşün nəticəsi turnirin qalibini müəyyənləşdirəcək.

 

“Shamkir Chess 2018”

 

IX tur

 

28 aprel

 

David Navara (Çexiya, 2745) - Teymur Rəcəbov (Azərbaycan, 2748)

 

Rauf Məmmədov (Azərbaycan, 2704) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814)

 

Maqnus Karlsen (Norveç, 2843) - Dinq Liren (Çin, 2778)

 

Radoslav Voytaşek (Polşa, 2744) - Aniş Giri (Hollandiya, 2777)

 

Sergey Karyakin (Rusiya, 2778) - Veselin Topalov (Bolqarıstan, 2749)

 

 

Turnir cədvəli: Karlsen – 5,5 xal; Liren – 5; Topalov, Giri, Məmmədyarov, Voytaşek, Karyakin, Rəcəbov – 4; Məmmədov – 3,5; Navara – 2.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027