Elman Rüstəmov: “Azərbaycan dünyada imzası olan şahmat ölkələrindəndir”

Bakı – APA. Bakıda təşkil ediləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilən mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbayan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Olimpiadanın baş hakimi Faiq Həsənov iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Rəhimov bildirib ki, həm kişilərdən, həm də qadınlardan ibarət yığma komandamızın uğurlu nəticə əldə edəcəyinə inanır.

 

Ardından Əməliyyat Komitəsinin direktoru təşkilatçılıq işləri ilə bağlı son məlumatları verib. Onun sözlərinə görə, yarışın keçiriləcəyi  "Kristal Zal" unikal olduğundan, bunu Olimpiadaya hazırlamaq heç də asan olmayıb: “Artıq qonaqlar Bakıya gəlmək üzrədi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında bütün lazımi şərait yaradılıb. Onlar qarşılanıb, otelə yerləşdiriləcək. Prezidentin sərəncamı ilə viza məsələsi də asanlaşdırılıb. Qidalanmanın düzgün və rəngarəng olmasına xüsusi nəzarət edilir. Kristal Zalın mühafizəsi əla səviyyədə qorunur”.

 

Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov gözlədiyimiz günün gəlib çatdığını deyib. Təşkilat Komitəsinə gördüyü işlər üçün xüsusi təşəkkür edən prezident bildirib ki, Azərbaycan yarışın keçirilməsinə tam hazırdı: “Azərbaycan bu gün dünyada imzası olan şahmat ölkələrindəndi. Bunun üçün uzun yol keçmişik. Bir sıra yarışları keçirərək bu təcrübəni toplamışıq və Olimpiada bunun zirvəsidi”. O, komandalarımızın kifayət qədər təcrübəli olduğunu və kişilərdən ibarət l komandamızdan yaxşı nəticə gözlədiyini qeyd edib: “Ümid edirik ki, gördüyümüz işlər öz bəhrəsini verəcək. Əminəm ki, komanda doğma divarlar arasında ən yaxşı nəticəsini göstərəcək”.

 

Rüstəmov konkret olaraq hansı yerin federasiyanı qane edəcəyini də açıqlamayıb: “Konkret yer deyə bilmərəm. Potensiala uyğun yer gözləyirik. Komanda ilə görüşəcəyik. Nikbinik və yaxşı nəticə gözləyirik”.

 

Mahir Məmmədov da konkret hansı nəticənin qurumu razı salacağını deməyib. O da bildirib ki, kişilərdə I komandanın minimum ilk “üçlüy”ə düşəcəyinə ümid edir. Məmmədov qadınlardan ibarət komandamızın da uğurlu çıxış edəcəyinə inam ifadə edib.

 

Azad Rəhimov Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, müxtəlif yarışlara ev sahibliyi edən ölkəmizdə hər idman növünün öz azarkeşi var.

 

Faiq Həsənov Olimpiadada iştirak edəcək azərbaycanlı hakimlərin sayını açıqlayıb. Onun sözlərinə görə, 30 referimiz yarışda ədaləti qoruyacaq.

 

Məmmədov bir sıra yarışlarda qeydə alınan kənar müdaxilənin olmayacağını vurğulayıb. O söyləyib ki, şahmatçıların hamısının yoxlanması üçün müəyyən cihazlar alınıb və hansısa problem yaşanmayacaq: “Hətta zala daxil olan azarkeşlərdən mobil telefonlar yığılacaq. Hansısa dalğa belə olmayacaq”. Əməliyyat Komitəsinin direktoru çox vaxt Şahmat Olimpiadasına gələn zəka sahibinin geri qayıtmamasına da münasibət bildirib. Onun sözlərinə görə bütün şahmatçılar ölkəmizə viza ilə daxil olacaqlar. O, Olimpiada zamanı Bakıda keçiriləcək tədbirlərdən danışıb. Vitse-prezident bildirib ki, Azərbaycan həmişəki kimi, qonaqpərvərliyi ilə də fərqlənəcək.

 

Elman Rüstəmov şahmat sarayının və akademiyasının tikintisinin gündəmdə olduğunu deyib. Onun sözlərinə görə, layihə hazırdı və hökumətlə bu barədə danışıqlar davam edir.

 

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Bakı Şahmat Olimpiadasında çempionluq uğrunda 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Azərbaycan həm kişilər, həm də qadınlar arasında 3 komanda ilə təmsil olunacaq. Təntənəli açılış mərasimi sabah Milli Gimnastika Arenasında olacaq. Yarışlara isə sentyabrın 2-də start veriləcək. 11 turdan ibarət Olimpiada sentyabrın 13-də yekunlaşacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • varsavada polsa ve azerbaycan prezidentlerinin gorusu olub yenilenib
    Varşavada Polşa və Azərbaycan prezidentlərinin görüşü olub -...
  • azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib
    Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü k...
azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib azerbaycan ve polsa prezidentlerinin genis terkibde gorusu kecirilib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ