Ermənistan yığması Bakıya gəlməyə bilər

ermenistan yigmasi bakiya gelmeye biler

Bakı – APA. Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə bağlı hələlik yekun qərar verməyib. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mikael Andreasyan açıqlama verib.

 

Bununla bağlı müzakirələrin getdiyini və bu səbəbdən sifariş ərizəsini göndərməyə tələsmədiklərini deyən Andreasyanın sözlərinə görə, hər şey yekun qərardan asılı olacaq: “Biz iyulun 30-dək iştirakımızı təsdiqləyə bilərik. Ola bilsin, bu gün də qərar verilsin”.

 

Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan isə bir müddət öncə Bakıya gəlib-gəlməyəcəklərini şahmatçıların son durumundan asılı olacağını vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan tərəfi sentyabrın 1-14-də paytaxtımızda keçiriləcək Olimpiadada ermənilərin təhlükəsizliyi ilə bağlı təminat verib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • italiyada birinci azerbaycan film festivalinin acilisi olub
    İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub...
  • silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub
    Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi o...
silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ