Olimpiadaya qatılacaq Azərbaycanın ikinci komandasının ilkin heyəti açıqlanıb

olimpiadaya qatilacaq azerbaycanin ikinci komandasinin ilkin heyeti aciqlanib

Bakı – APA. 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandasının ilkin heyəti açıqlanıb. Yarışın Əməliyyat Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, heyətə 6 şahmatçı - Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub.

 

Artıq onlar Bakıda təlim-məşq toplanışına da başlayıblar. Hazırlıq başa çatandan sonra olimpiadada ikinci komandanın şərəfini qoruyacaq beş şahmatçının adı məlum olacaq.

Paytaxtdakı ilk hazırlıq mərhələsi İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilir. 

Qeyd edək ki, Azərbaycan təşkilatçı ölkə kimi 42-ci Ümumdünya Şahmat Olimpiadasında 3 kişi və 3 qadın komandasıyla təmsil olunacaq. Kişi şahmatçılardan ibarət əsas milli mötəbər yarışa Qəbələdə hazırlaşır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • italiyada birinci azerbaycan film festivalinin acilisi olub
    İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub...
  • silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub
    Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi o...
silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ