Şəhriyar Məmmədyarov iddiaçılar turnirinin XIII turunda qalib gəlib

sehriyar memmedyarov iddiacilar turnirinin xiii turunda qalib gelib

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün XIII turun görüşləri keçirilir.

 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşıb. “Şah” ağ fiqurlarla oynayıb. Partiya təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Gərgin keçən oyunda rusiyalı 39-cu gedişdə təslim olub.

 

Bu partiyadakı qələbə ilə ikinci pilləyə yüksələn Şəhriyar qalib gəlmək üçün bütün ümidlərini son tura saxlayıb. Son turda Məmmədyarovun rəqibi Vladimir Kramnik olacaq.

 

İddiaçılar turniri

 

XIII tur

 

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Aleksandr Qrişuk (2767, Rusiya) - 1:0

 

Uesli So (2799, ABŞ) - Sergey Karyakin (2763, Rusiya) - 0.5:0.5

 

Fabiano Karuana (2784, ABŞ) - Levon Aronyan (2794, Ermənistan) - 1:0

 

Liren Dinq (2769, Çin) - Vladimir Kramnik (2800, Rusiya)

 

Turnir cədvəli: Karuana - 8, Məmmədyarov, Karyakin - 7.5 xal; Qrişuk, Dinq – 6,5; Kramnik, So – 5,5; Aronyan – 4.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027