Şəhriyar Məmmədyarov Moskvada keçirilən blits-turnirin qalibi olub

sehriyar memmedyarov moskvada kecirilen blits turnirin qalibi olub

Bakı-APA. Şəhriyar Məmmədyarov Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirinin blits mərhələsinin qalibi olub.

 

Apasport.az saytının məlumatına görə, Moskvada keçirilən nüfuzlu yarışda 9 turdan sonra 7.5 xal toplayan millimizin lideri ən yaxın rəqibi Levon Aronyanı 2 xal qabaqlayaraq çempion olub.

 

Maraqlıdır ki, həmyerlimiz şəxsi görüşdə də Aronyanı mat qoyub. Beşinci turda baş tutan matçın 61-ci dəqiqəsində təslim olan erməni şahmatçı taleyi ilə barışmalı olub. Bu mərhələnin üçüncüsü isə rusiyalı Peter Svidler olub. O, 9 turdan sonra 5 xal toplayaraq, əlavə əmsallara görə eyni nəticə göstərən hollandiyalı Aniş Qiri və həmyerlisi Yan Nepominayişini qabaqlayıb.

 

Qeyd edək ki, turnirin əsas mərhələsi bu gün start götürəcək. Qrossmeysterimiz ilk turda Yevgeni Tomaşevski ilə qarşılaşacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyadan turkiyeye ucan teyyare sernisinler dalasmasi sebebinden tecili enis edib
    Rusiyadan Türkiyəyə uçan təyyarə sərnişinlər dalaşması səbəb...
  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
iran turkmenistani mehkeme ile hedeleyib iran turkmenistani mehkeme ile hedeleyib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ