Şəhriyar Məmmədyarov Serbiya klubuna keçib

sehriyar memmedyarov serbiya klubuna kecib

Bakı – APA. Azərbaycanı şahmat üzrə klublararası Avropa çempionatında təmsil edəcək “Odlar Yurdu” komandalarının heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 5-13-də Serbiyanın Novi Sad şəhərində keçiriləcək yarışda ölkəmizi yalnız yığmamızın üzvləri təmsil etməyəcəklər.

 

Belə ki, qadınların turnirində mübarizə aparacaq “Odlar Yurdu”nu görüşlərə kapitan kimi Fikrət Sideyfzadə aparacaq. O, Novi Sadda həmyerlilərimiz - Zeynəb Məmməryarova (2338), Gülnar Məmmədova (2364), Nərmin Kazımova (2323), Günay Məmmədzadə (2371) və Aydan Höccətova (2316) “beşliyi”nə güvənəcək.

 

Komandamız orta reytinqinə əsasən çempionata gələcək 17 klub arasında 5-cidi – 2349 xal. Yarışın reytinq-favoriti isə Monakonun “Monte-Karlo” klubudu (2552). Bu komandanın heyəti Hou Yifan (Çin, 2649), Pia Kramlinq (İsveç, 2464), Almira Skripçenko (2456, Fransa), Mariya Muziçuk (2532) və Anna Muziçuk (hər ikisi Ukrayna, 2561) kimi qrossmeysterlərdən təşkil olunub.

 

Kişilərin yarışına qatılacaq “Odlar Yurdu” üçün isə hələlik 8 şahmatçı sifariş edilib. Bunlar Rauf Məmmədov (2678), Arkadi Naydiç (2684), Eltac Səfərli (2694), Teymur Rəcəbov (2710), Nicat Abasov (2565), Vasif Durarbəyli (2608) və Qədir Hüseynov (2629) milli üzvü olsa da, Emil Sutovski (2620) legionerdi. Lakin əslən bakılı qrossmeysterin yarışda kapitan olması da istisna deyil. Çünki hələ rəsmi məşqçi açıqlanmadığından Sutovskinin “Odlar Yurdu”nda əvvəlki illərdə olduğu kimi yenə bu vəzifəni daşıması gözləniləndi. Orta reytinqi 2669 xal olan klubumuz 61 komanda arasında 8-cidi. Siyahıya 2744 xalla “Siberya” (Rusiya) başçılıq edir.

 

Maraqlı məqam isə Şəhriyar Məmmədyarovun (2762) yerli klubda deyil, ev sahiblərinin heyətində çıxış etməsidi. Yarışdan imtina edən SOCAR-ın sabiq lideri Serbiyanın “Sveti Nikolay Srpski” oynayacaq. O, komandasının birinci lövhəsində mübarizə aparacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:41 24 İyul
04:47 24 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside azerbaycanli muelliflerin kitablarinin teqdimati olub
    Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı o...
  • berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi
    Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikd...
berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9856
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ