Şəhriyar Məmmədyarov “Vyana Open 2015”in qalibi olub - FOTO

Bakı-APA. Avstryada keçirilən “Vyana Open 2015” beynəlxalq şahmat festivalı başa çatıb.

Apasport.az saytının məlumatına görə, 50 ölkədən  850 şahmatçının iştirak etdiyi yarışda ölkəmizi  Eltac Səfərli, Nərgiz Umudova, Tofiq İsrafilov və Afiq İsrafilov  təmsil edirdilər.

 

Festival A ,B, C və D turnirlərindən ibarət keçirilirdi.

 

Həmçinin festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı  Markus Ragger arasında  6 oyundan  ibarət  matç keçirilib.  Şəhriyar Məmmədyarov 3.5-2.5 hesabı ilə yarışın qalibi oldu.

 

Festivalın A turnirində mübarizə aparan təmsilçilərimizdən  Eltac Səfərli aktivinə 7 xal yazraq 6-18-ci yerləri bölüşdürdü. Nərgiz Umudova isə 9 oyundan 5.5 xal toplayıb. C turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6.5 xal toplayaraq 6-cı, Afiq İsrafilov isə 6 xal toplayaraq 17-ci yerin sahibi olub.

 

Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs in beynelxalq maliyye institutunun numayendesi yuksek texnologiyalar parkinda infosessiya kecirib
    ABŞ-ın Beynəlxalq Maliyyə İnstitutunun nümayəndəsi Yüksək Te...
  • gurcustandaki neriman nerimanov adina medeniyyet evi ile bagli 15 illik muemma arasdirma
    Gürcüstandakı “Nəriman Nərimanov adına Mədəniyyət Evi” ilə b...
gurcustandaki neriman nerimanov adina medeniyyet evi ile bagli 15 illik muemma arasdirma gurcustandaki neriman nerimanov adina medeniyyet evi ile bagli 15 illik muemma arasdirma +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269