“Shamkir Chess 2018”-də VI turun görüşləri keçirilib

shamkir chess 2018 de vi turun gorusleri kecirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, yarışda bu gün VI turun oyunları keçirilib.

 

 Azərbaycanlı şahmatçılardan Teymur Rəcəbov ağ, Şəhriyar Məmmədyarovla Rauf Məmmədov isə qara fiqurlarla oynayıb. Teymurun rəqibi yarışın autsayderlərindən polşalı Radoslav Voytaşek olub. Rəcəbov heç-heçə seriyasını davam etdirib.

 

 Millimizin lideri Şəhriyar Məmmədyarov sonuncu sıradan qurtulmaq üçün Dinq Lirenə qalib gəlməli idi. Lakin qrossmeysterimiz bərabərliklə kifayətlənib. Raufun işi daha çətin olub. “Qaralar”la oynayan Məmmədov turnir cədvəlinin lideri Veselin Topalovla xalı yarı bölüb.

 

“Shamkir Chess 2018”

 

VI tur

 

25 aprel

 

Teymur Rəcəbov (Azərbaycan, 2748) – Radoslav Voytaşek (Polşa, 2744) - 0,5:0,5

 

Sergey Karyakin (Rusiya, 2778) – Maqnus Karlsen (Norveç, 2843) - 0,5:0,5

 

Veselin Topalov (Bolqarıstan, 2749) – Rauf Məmmədov (Azərbaycan, 2704) - 0,5:0,5

 

Aniş Giri (Hollandiya, 2777) – David Navara (Çexiya, 2745) - 1:0

 

Dinq Liren (Çin, 2778) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - 0,5:0,5

 

Turnir cədvəli: Topalov - 4 xal; Karlsen, Giri – 3,5; Karyakin, Məmmədov, Rəcəbov, Dinq - 3; Voytajek, Məmmədyarov – 2,5; Navara - 2.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
  • meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam
    Meksika səfiri: "Bundan sonra da Azərbaycanın Meksikada, Mek...
meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273