“Shamkir Chess 2018”-də VIII turun görüşləri keçirilib

shamkir chess 2018 de viii turun gorusleri kecirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, yarışda bu gün VIII turun oyunları keçirilib.

 

Yığmamızın lideri Şəhriyar Məmmədyarov çexiyalı David Navara ilə qarşılaşıb. “Şah” ağ fiqurlarla uğursuzluq zolağından çıxmağa nail olub və rəqibinə qalib gəlib.

 

Teymur Rəcəbov da bu tur “ağlar”la oynayıb. O, rusiyalı rəqibi Sergey Karyakinlə "sülh" bağlayıb. Millimizin digər üzvü Rauf Məmmədov isə çinli Dinq Lirenə məğlub olub.

 

“Shamkir Chess 2018”

 

VIII tur

 

27 aprel

 

Teymur Rəcəbov (Azərbaycan, 2748) – Sergey Karyakin (Rusiya, 2778) - 0,5:0,5

 

Veselin Topalov (Bolqarıstan, 2749) – Radoslav Voytaşek (Polşa, 2744) - 0:1

 

Aniş Giri (Hollandiya, 2777) – Maqnus Karlsen (Norveç, 2843) - 0:1

 

Dinq Liren (Çin, 2778) – Rauf Məmmədov (Azərbaycan, 2704) - 1:0

 

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – David Navara (Çexiya, 2745) - 1:0

 

Turnir cədvəli: Karlsen – 5.5; Liren - 5 xal; Topalov, Qiri, Məmmədyarov, Voytaşek, Karyakin, Rəcəbov – 4; Məmmədov – 3.5; Navara – 2.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agir senaye ve masinqayirmanin inkisafina dair strateji yol xeritesi uzre tedbirlerin 9 i icra edilmeyib
    Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol ...
  • oktyabrda bakida global influencer day kecirilecek
    Oktyabrda Bakıda “Global İnfluencer Day” keçiriləcək...
oktyabrda bakida global influencer day kecirilecek oktyabrda bakida global influencer day kecirilecek +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027