“Shamkir Chess 2018” turnirinə start verilib - NƏTİCƏLƏR

shamkir chess 2018 turnirine start verilib neticeler

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı şahmat azarkeşlərinin böyük ümid bəslədiyi qrossmeysterimiz Şəhriyar Məmmədyarov beşinci dəfə keçirilən turnirin ilk turunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

 

Ağ fiqurlarla mübarizə aparan Məmmədyarov rəqibi ilə sülh bağlayıb.

 

Digər təmsilçilərimiz – Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalov, Rauf Məmmədov isə çexiyalı David Navara ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Teymurla Rauf da bərabərliklə yadda qalıb.

 

Ümumiyyətlə, ilk turda baş tutan 5 görüşün hamısında qrossmeysterlər xalları yarı bölüblər.

 

“Shamkir Chess 2018”

 

19 aprel

 

I tur

 

Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748) - 0,5:0,5

 

Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778) - 0,5:0,5

 

Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744) - 0,5:0,5

 

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) - 0,5:0,5

 

David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704) - 0,5:0,5

 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
  • meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam
    Meksika səfiri: "Bundan sonra da Azərbaycanın Meksikada, Mek...
meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273