Azərbaycan yığması Qızıl Avropa Liqasında mübarizəyə başlayır

azerbaycan yigmasi qizil avropa liqasinda mubarizeye baslayir

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasının yeni mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi üçüncü dəfə bu yarışda mübarizəyə başlayacaq.

 

2014-cü ildə 4-cü olan və 2 il sonra çempion tituluna yiyələnən Faiq Qarayevin yetirmələri A qrupunda yarışacaq. Komandamız Ukrayna, Portuqaliya və Bolqarıstanla qüvvəsini sınayacaq.

 

413 min avro mükafat fondu olan Qızıl Avropa Liqasında ilk rəqibimiz Ukrayna voleybolçularıdı. Bu komanda sabah yığmamızın qonağı olacaq. Voleybol Mərkəzində baş tutacaq görüşdə millimiz favorit hesab edilsə də, görüşün heç də asan keçəcəyi gözlənilmir. Çünki Faiq Qarayevin əsasən gənclərə üstünlük verəcəyini nəzərə alsaq, matçın gərgin keçəcəyi proqnozlaşdırılır.

 

Komandamız Qızıl Avropa Liqasına Sloveniyada hazırlaşıb. Mariborda Avstriya və Slovakiyaya qalib gələn təmsilçimiz sabah 3 xal qazanmaq iddiasındadı. Çünki bu yarış dünya çempionatı öncəsi son sınaq hesab olunur. Burda özünü yaxşı tərəfdən göstərəcək oyunçu Yaponiyada təşkil ediləcək mundialda da yerini təmin edəcək. Həmçinin qələbə komandamıza Portuqaliya və Bolqarıstanla görüşlərə də əlavə ruh yüksəkliyi ilə çıxmağa imkan verəcək.

 

Lakin Ukrayna millisi də Bakıya iddialı gəlir. Komanda bəzi aparıcı oyunçularına istirahət versə də, heyətdə kifayət qədər təcrübəli voleybolçular var. Bu səbəbdən də rəqibimizin sonadək döyüşəcəyi gözlənilir. Ukraynalıların baş məşqçisi Qari Yeqiazarov Belarusla yoxlama oyununda qalib gəldikdən sonra yığmamızla qarşılaşmadan çox şeyin asılı olacağını vurğulayıb. O, yetirmələrinin yüksək ab-havada olduğunu əsas gətirərək, Qızıl Avropa Liqasına qələbə ilə başlamaq arzusunu da gizlətməyib.

 

Qrupumuzun digər oyununda isə Bolqarıstan Portuqaliyanı qəbul edəcək. Bu görüş də Azərbaycan – Ukrayna matçı ilə eyni saatda başlayacaq.

 

Qeyd edək ki, yarış 3 qrupda keçiriləcək. B qrupunda Xorvatiya, Finlandiya, Macarıstan və Fransa, C qrupunda Slovakiya, Belarus, İspaniya və Çexiya yığmaları qüvvələrini sınayacaqlar. Qruplarda ilk pillənin və ən yaxşı ikinci yerin sahibi yarımfinala yüksələcək. 

 

 

Qızıl Avropa Liqası

 

I tur

19 may

18:00. Bolqarıstan – Portuqaliya

Sofiya, Xristo Botev Sarayı

 

18:00. Azərbaycan – Ukrayna

Bakı, Voleybol Mərkəzi

 

II tur

23 may

19:30. Bolqarıstan – Ukrayna

Sofiya, Xristo Botev Sarayı

 

18:00. Azərbaycan – Portuqaliya

Bakı, Voleybol Mərkəzi

 

III tur

26 may

18:00. Bolqarıstan – Azərbaycan

Sofiya, Xristo Botev Sarayı

 

27 may

20:00. Portuqaliya – Ukrayna

Povua-di-Varzin, İdman Sarayı

 

IV tur

30 may

18:00. Azərbaycan – Bolqarıstan

Bakı, Voleybol Mərkəzi

 

18:00. Ukrayna – Portuqaliya

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

 

V tur

2 iyun

19:00. Ukrayna – Bolqarıstan

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

 

18:00. Portuqaliya – Azərbaycan

Matozinyuş, İdman və Konqres Mərkəzi

 

VI tur

6 iyun

18:00. Ukrayna – Azərbaycan

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

 

19:00. Portuqaliya – Bolqarıstan

Matozinyuş, İdman və Konqres Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iki ecnebinin saxta senedlerle serhedden kecmesinin qarsisi alinib
    İki əcnəbinin saxta sənədlərlə sərhəddən keçməsinin qarşısı ...
  • bakida ev yanib 2 nefer xilas edilib
    Bakıda ev yanıb, 2 nəfər xilas edilib
bakida ev yanib 2 nefer xilas edilib bakida ev yanib 2 nefer xilas edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267