Azərbaycanın məşhur komandası adını dəyişib

azerbaycanin meshur komandasi adini deyisib

Qadın həndbolçulardan ibarət ABU klubunun adı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, 2001-ci ildən fəaliyyət göstərən Bakı təmsilçisi bundan sonra “Azəryol” adı altında çıxış edəcək.

 

Buna səbəb Azərbaycan Həndbol Federasiyasında prezident postuna yeni rəhbərliyin gəlməsidi. Belə ki, bu vəzifədə Heydər Babayevi “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov əvəzlədiyindən ad dəyişikliyi də zəruri olub.

 

“Çelenc Cup”da da mübarizə aparan Azərbaycanın ən titullu komandası beynəlxalq arenaya yeni adla növbəti mövsümdən çıxacaq. Onları 1/8 finalda Polşa “Kram Start Elblaq”ı ilə oyuna isə Rəfiqə Şabanova hazırlayacaq. Avrokubokların daimi iştirakçısı olan komanda ABU adı altında son oyunlarını fevralda keçirəcək. Əgər onlar mərhələ adlayarsa, yenə də ad dəyişməz qalacaq.

 

Qeyd edək ki, qadın voleybolçulardan ibarət “Azəryol” klubu isə yeni mövsümdən yeni adla oynayacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bp nin regional prezidenti azerbaycanin dovlet bascisina mektub gonderib
    BP-nin regional prezidenti Azərbaycanın dövlət başçısına mək...
  • levan izoriya regional tehlukesizliyi azerbaycan ve turkiye ile birlikde daha effektiv qoruya bilerik
    Levan İzoriya: “Regional təhlükəsizliyi Azərbaycan və Türkiy...
levan izoriya regional tehlukesizliyi azerbaycan ve turkiye ile birlikde daha effektiv qoruya bilerik levan izoriya regional tehlukesizliyi azerbaycan ve turkiye ile birlikde daha effektiv qoruya bilerik +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ