Həndbol üzrə Azərbaycan çempionatlarına start verilib

hendbol uzre azerbaycan cempionatlarina start verilib

Bu gün qadın və kişi həndbolçular arasında Azərbaycan çempionatlarına start verilib. Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra gərgin mübarizə vəd edən yarış 8 komandanın iştirakı ilə təşkil olunacaq.

 

Belə ki, “Azəryol”, “Nur”, “Gənclərbirliyi” və “Qarabağ” qadınların mübarizəsində çempionu müəyyənləşdirəcək. Kişi həndbolçuların turnirində isə “Təhsil”, “Məhsul”, RİOEUGİM və “Nəsimi” gücünü yoxlayacaq.

 

Bu gün XXIV Azərbaycan çempionatının rəsmi açılışı olub. Oyunlardan əvvəl çempionatın açılış mərasimi baş tutub. Mərasimi giriş sözü ilə Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov açıb. O bildirib ki, federasiyada olan dəyişiklik bu idmanın inkişafına təkan verəcək.

 

Daha sonra Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə söz alıb. O, bu günün Azərbaycan həndbolu üçün əlamətdar gün olduğunu vurğulayıb. Hüseynzadə bildirib ki, federasiyadakı dəyişiklik Azərbaycan çempionatını yenidən maraqlı edib və idmanın bu növünün inkişafına təkan verəcək. Hüseynzadə kişi və qadınlardan ibarət həndbol yığmamızı qarşıda İslam Həmrəyliyi Oyunlarının gözlədiyini bildirib və komandalarımızın orda uğurlu çıxışına inam ifadə edib.  

 

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov həndbolun maraqla izlənildiyini qeyd edib və dəyişiklikdən sonra federasiyanın uğurlu yol seçdiyini açıqlayıb.

 

Sonda Saleh Məmmədov çempionatı açıq elan edib.

 

Qeyd edək ki, dairəvi sistemlə keçiriləcək çempionatlar fevralın 19-da başa çatacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
  • koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir
    “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarı...
koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ